Azərbaycan dünyaya günəş kimi doğacaq ...HEYDƏR ƏLİYEV
1-05-2023, 21:42
1 177

Azərbaycan dünyaya günəş kimi doğacaq ...HEYDƏR ƏLİYEV

TehsilForumu.Az Hər bir xalqın azadlıq və isiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb,ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka,fitri istedad sahibi,müdrik dövlət xadimi olmuşdur.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu ,zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.Azərbaycan xalqının öz müdrik liderini rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış,müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını,gerçək müstəqilliyini əldə edərək qoruyub saxlanmasını təmin edən dahi şəxsiyyət ,əbədiyaşar
lider ,Ulu öndər Heydər Əliyev olmuşdur.İctimai-siyasi sabitliyin qorunmasının,mövcud iqtisadi inkişafın,hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası,onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik.Ümummilli lider,Ulu öndər,Azərbaycan Respublikasının siyasi rəhbəri ,Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü,müstəqil Azərbaycan Respublikasının Prezidenti və s.
  Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı,müstəqil Azərbaycan dövlətini əbədi olmasını qarşısına məqsəd qoymuşdur
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq.Xaqımız var olduqca o da yaşayacaq.
                

Xətai rayonu 316 saylı k/evi-uşaq bağçası 
       
 Tərbiyəçi müəllimə: Babayeva Gülnarə Əlövsət qızı 




1 4

Şərhlər

Oxşar xəbərlər