"Müəllimlərimizi Tanıyaq" - Əliyeva Aysel
10-01-2024, 16:05
958

"Müəllimlərimizi Tanıyaq" - Əliyeva Aysel

Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə 
Əliyeva Aysel haqqında danışacağıq 

Əliyeva Aysel Nazim qızı 22 aprel 1989-cu ildə Bakı şəhərində hərbiçi ailəsində anadan olub.
1996-cı ildə Sabunçu rayonu 67 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbin doqquzuncu sinfini bitirib.
2004-cü ildə Dənizçilik kollecinin mühasibat uçotu və audit fakültəsinə daxil olub, 2007-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 
2013-cü ildən 13 nömrəli Bakı Peşə Məktəbində İstehsalat təlim ustası vəzifəsində çalışır. Hal-hazırda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 13 nömrəli Bakı Peşə Məktəbində fəaliyyətini davam etdirir. 
İşlədiyi müddətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Dövlət Peşə Təhsil Agentliyinin təşkil etdiyi bir sıra təlimlərdə iştirak etmiş , sertifikatlara layiq görülmüşdür. Təhsil Forumu sosial platforması tərəfindən fəaliyyət və uğurlarını nəzərə alaraq "İlin fəal müəllimi" , " Fəal müəllim" media mükafatlarına layiq görülmüşdür. Hal-hazırda Bakı Xareoqrafiya Akademiyasının tələbəsidir. 
Bir metodik vəsait, üç kitab müəllifidir. Fəaliyyəti illərində elmi pedaqoji məqalələri, qəzet və jurnallarda nəşr olunmuşdur. Fəallığı ilə hər zaman nəinki yerli təlim, seminar və vebinarlarda eyni zamanda beynəlxalq seminarlarda, təlimlərdə də iştirak edərək "Diplom" və Beynəlxalq sertifikatlara layiq görülmüşdür. 
Məktəbin ictimai işlərində çox fəaldır. Tədbirlərin təşkilində biləvasitə rəhbərlik edir. Məktəb rəhbərliyi tərəfindən adətən Fəxri Fərmanla təltif edilmişdir. 
Aysel Əliyeva fəaliyyəti dövründə Şəhid və Qazi ailələrinə göstərdiyi diqqət və qayğı ilə seçilir.

Təhsil Forumu sosial platforması adından Aysel müəllimə işlərində uğurlar və müvəffəqiyyətlər diləyirik.
1 0

Şərhlər

Oxşar xəbərlər