"Müəllimlərimizi Tanıyaq" - Svetlana  Balakişiyeva
18-10-2023, 12:14
376

"Müəllimlərimizi Tanıyaq" - Svetlana Balakişiyeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Svetlana  Balakişiyeva haqqında danışacağıq

            Svetlana  Balakişiyeva 12 yanvar 1996-cı ildə Yevlax rayonu Salahlı kəndində müəllim ailəsində dünyaya gəlib. Orta məktəbi əla qiymətlərlə bitirən Svetlana 2013-2017-ci illərdə Mingəçevir Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına yiyələnmək məqsədilə pedaqoji təhsil almışdır. 2017-2019-cu illərdə Mingəçevir Dövlət Universitetinin magistratura səviyyəsində  təhsil almış, dissertasiya işini uğurla yekunlaşdırmış, müdafiə etmiş,  “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasını  fərqlənmə diplomu ilə (qırmızı diplomla)  bitirmişdir. Əlavə olaraq qeyd edək ki, Svetlana müəllim magistratura imtahanlarına heç bir hazırlıq kursuna müraciət etmədən fərdi olaraq özü hazırlaşmış və 2 tur imtahan mərhələsini keçərək ilk cəhddən istədiyinə  müvəffəq olmuşdur. 2019-cu ildən indiyə qədər Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir. O, hazırda universitetdə “İfadəli oxu” və “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənlərini tədris edir. 
             Svetlana müəllim 25-ə qədər elmi iş mətninin (tezis, məqalə, konfrans materialının), 2 fənn proqramının (“İfadəli oxu”  və  “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənlərinin)  həmmüəllifidir. Gənc müəllim fəaliyyət göstərdiyi illər ərzində universitetin ictimai işlərində, tədbirlərində, konfranslarda fəal şəkildə iştirak  etmişdir. Göstərdiyi fəal işlərinə görə universitetin rektoru hörmətli Şahin Bayramov tərəfindən dəfələrlə Sertifikat və Təşəkkürnamə ilə təltif edilmişdir. Həmçinin gənc müəllim rektor Şahin müəllimin dəstəyi ilə əməkdaşların inkişafı üçün təşkil edilən bir sıra təlim və seminarlarda (ADA Universitetinin, BDU-nun, İqtisad Universitetinin  və s. təşkil etdiyi təlimlərdə)  iştirak etmiş, sonda uğurlu nəticə göstərərək Sertifikat əldə etmişdir.  Gənc tədqiqatçı  Beynəlxalq konfranslarda da  məruzə ilə çıxış etmiş, bir neçə  tezis və məqalənin uğurlu nəşrinə nail olmuşdur. Hazırda “Məktəb kursunda əsas nitq hissələri üzrə ən mühüm morfoloji məfhumların tədrisi məsələləri” mövzusunda tədqiqat işini davam etdirir. 
              Qeyd edək ki, Svetlana müəllim ixtisasını sevərək seçmiş, hazırda pedaqoji fəaliyyətinə ürəkdən, məsuliyyətlə, ciddi şəkildə davam etməkdədir. Müəllim həmçinin universitetdə və fərdi şəkildə nitq təlimçiliyi fəaliyyəti ilə də məşğul olaraq  “Həyatda və karyerada nitqinlə fərqlən”, “Yazılı sənədlərin düzgün tərtibi və orfoqrafiya qaydaları”  mövzusunda tələbələrə, gənc əməkdaşlara təlim keçmişdir. Bundan əlavə tələbələrin universitet və Respublika səviyyəli şeir, inşa, esse müsabiqələrində fəal iştirakını təmin etmişdir. Tələbələrinin uğurları daima gənc müəllimi sevindirmişdir. Tələbələri müsabiqələrdə 1-2-ci yerlər üzrə uğur qazanmışlar. Müəllim qeyd edir ki, universitetin inkişafına az da olsa, verdiyi töhfə onu çox qürurlandırır, çünki MDU onun üçün doğma məkandır.
              Müəllimin əsas məqsədi tələbələrə Azərbaycan dilini sevdirmək, onun zənginliklərini, milliliyini aşılamaq, sözlərin doğru yazılış-tələffüz qaydalarını mənimsətməkdir. Bu məqsədlə Svetlana müəllim dərslərində olduğu kimi  sosial şəbəkə hesablarında da Azərbaycan dilinin orfoqrafiyasına dair paylaşımlar edərək kütlənin dəyişmələr və yeniliklərlə bağlı maariflənməsini təbliğ edir. 
              Gənc xanım bu günə qədər ailəsinin və müəllimlərinin mənəvi dəstəyi ilə təhsil sahəsində arzuladığı yerlərə və nailiyyətlərə sahib olmuşdur. Bundan sonra da fərdi və pedaqoji istiqamətdə özünü daha çox inkişaf etdirməyə yönəlmiş hədəfləri vardır. Svetlana xanım müəllimlik peşəsinin çox çətin, səbir, dözüm tələb edən bir sənət olduğunu diqqətə çatdırdı. Həmçinin o, tələbə və şagirdlərinə yeni bir şey öyrədərək onların biliyinə töhfəsi olduğuna görə çox sevindiyini, uğurlarına olan sevinci bölüşdüyünü qeyd etdi.  Svetlana müəllimə bu şərəfli və məşəqqətli yolda uğurlar arzulayırıq!

0 0

Şərhlər

Oxşar xəbərlər