DİQQƏT , DİQQƏT !
25-04-2024, 12:30
389

DİQQƏT , DİQQƏT !


TehsilForumu.Az -  Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2022-2026 Dövlət Proqramı”nın müvafiq seçim qaydasının 3.1-ci yarımbəndi, “2022-2026 Dövlət Proqramı” çərçivəsində daha öncə həyata keçirilmiş sənəd qəbulu tarixləri və proqram çərçivəsində seçiləcək namizədlərin vaxtında təhsil ölkəsində olması əsas götürülərək proqram iştirakçılarının seçimi barədə elan hər tədris ilinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi internet saytında verilir.

Bildiririk ki, 2024/2025-ci tədris ili üçün sənəd qəbulu tarixləri 1 mart-15 iyun 2024-cü il olaraq müəyyən olunmuşdur. Sözügedən müddət ərzində namizədlərin bakalavriat səviyyəsi üzrə müraciət edirsə, seçim qaydasının 2.1.1-2.1.5-ci yarımbəndlərinə, magistratura səviyyəsi üzrə müraciət edirsə 2.2.1-2.2.5-ci yarımbəndlərinə əsasən tələb olunan sənədləri təqdim etməsi mütləqdir (sənədlərin siyahısı və nümunəsi ilə elandan da əldə oluna bilər). Eyni zamanda, seçim qaydasının 3.5-ci yarımbəndinə əsasən namizədin elektron şəxsi kabinetinə ərizə və ya sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra namizəd 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.

⚠️ Bununla belə, 01 mart 2024-cü il tarixindən bugünədək proqrama müraciət edən namizədlərin sənədləri analiz olunarkən yuxarıda qeyd olunan qaydalara münasibətdə sənədlərin düzgün şəkildə təqdim olunmama hallarına rast gəlinir. Bu kimi hallar namizədlərin sənədləri yenidən tamamlaması üçün verilən vaxt ərzində düzgün təqdim olunmaması ilə müraciətlərinin ləğvinə gətirib çıxara bilər.

Bir daha tövsiyə olunur ki, sənədlərin müvafiq qaydaların tələblərinə uyğun olaraq təqdim edilməsinə riayət olunsun.

ƏTRAFLI: https://dp.edu.az/az/news/4750
0 0

Şərhlər

Oxşar xəbərlər