"Müəllimlərimizi Tanıyaq" - Mehriban Hacıyeva
17-12-2021, 20:07
1 804

"Müəllimlərimizi Tanıyaq" - Mehriban Hacıyeva

"Müəllimlərimizi Tanıyaq" adı altında bu dəfə Mehiban Hacıyeva haqqında söhbət edəcəyik:

Hacıyeva Mehriban Vaqif qızı 1981-ci il oktyabrın 21-də Naxçıvan MR-in Culfa rayonunda həkim ailəsində anadan olmuşdur. 1998-ci ildə Kürdəmir şəhər 1nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. Həmin ildə Bakı Avrasiya Universitetinin sinxron tərcümə fakultəsinə daxil olmuşdur. 2002-ci ildə universiteti bitirdikdən sonra müxtəlif qəzetlərdə (Veteran, Nəbz, İki sahil və s.) müxbir kimi çalışmışdır. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Yenidənhazırlanma fakultəsini bitirərək ingilis dili müəllimi ixtisasına yiyələnmişdir. 2008-ci ildən T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. İşlədiyi ilk gündən qabaqcıl təcrübələrdən faydalanmış, təhsil sahəsində baş verən hər bir yeniliklə yaxından tanış olmuşdur.   Dərslərində fəal interaktiv təlim metodlarından və İKT-dən istifadə etməklə yanaşı, məktəbin ictimai həyatında da yaxından iştirak etmişdir. 1 nömrəli tam orta məktəbdə işləməklə yanaşı, 2013-2014-cü illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev mərkəzində təşkil olunmuş ingilis dili kursunda, 2012-2014-cü illərdə Aran Təhsil Mərkəzində də müəllim kimi fəaliyyət göstərmişdir. 2013-2015-ci illərdə Kürdəmir RTŞ-də rayon üzrə ingilis dili fənn metodbirləşməsinin sədri olmuşdur.  Kürdəmir RTŞ-nin 28 fevral 2013-cü il tarixli şura qərarı ilə “Xarici dillərin tədrisində komnukativ kompetensiya prinsiplərindən istifadə sahəsində” iş təcrübəsi rayon səviyyəsində yayılmışdır. 2015-ci ildə isə  qabaqcıl iş təcrübəsi Azərbaycan Təhsil Şurasının İdarə Heyətinin qərarı ilə öyrənilmiş və “Təhsil və Zaman” qəzetində dərc olunaraq respublikada yayılmışdır.




            Dərs dediyi şagirdlər ali məktəblərə qəbul imtahanlarında, inşa müsabiqələrində, yarış və olimpiadalarda yüksək nəticələr göstərmişlər. Şagirdi İsmiyev Rüstəmin 2013-cü ildə   YUNESKO tərəfindən keçirilən beynəlxalq inşa müsabiqəsində ingilis dilində yazdığı inşa ilə beynəlxalq sertifikata layiq görülməsi bu uğurların bir  nümunəsidir.

2015-ci ildə Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2016-ci ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş Direktorların İşə Qəbulu imtahanında 55 balla 91,3% nəticə göstərərək Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Lakin, ailə vəziyyəti ilə əlaqədar yenidən Bakıya köçmək zərurəti yarandığı üçün öz ərizəsi ilə təyinatından imtina etmiş və fəaliyyətini 2016-ci ilin 15 sentyabrından Bakı şəhəri 309 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini kimi davam etdirmişdir. Həmin il məktəb rəhbərliyində çalışan şəxslər üçün təşkil edilmiş DİQ imtahanında 53 bal toplamışdır. 2017-ci ilin fevral-may aylarında  Xəzər universitetinin peşə fəaliyyətinin ümumi əsasları modulu üzrə 216 saat (30 təhsil krediti) həcmində “Potensial Məktəb Direktorları” təlim kursunu bitirmişdir. 2017-ci ilin iyun ayında yenidən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş Direktorların İşə Qəbulu imtahanında iştirak edərək müsahibə mərhələsində iştirak hüququ qazanmışdır. Həmin ilin sentyabr ayında müsahibə mərhələsində də iştirak etmişdir. 2017-ci ilin oktyabr ayında BŞTİ-nin keçirdiyi Direktor Müavinlərinin İşə Qəbulu  imtahanının  test və müsahibə mərhələsində  uğurlu nəticə əldə etmişdir. 2018-ci ilin may ayında 220 nömrəli məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin sentyabr ayında 192 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyətini davam  etdirmişdir. 2021-ci ilin sentyabr ayında isə cənab nazirin əmri ilə Bakı şəhəri 96 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyinat almışdır. Hal-hazırda eyni təyinat üzrə fəaliyyətini davam etdirir.



Öyrətməklə yanaşı özü də daim öyrənməyə çalışmış və bir çox kurs və treyninqlərin iştirakçısı olmuş, sertifikatlara layiq görülmüşdür:

1.2009- cu ildə Azərbaycan Respublikası Təhsil  Nazirliyi və Mədəd təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”  adlı  təlim kursunu,

2.Rabitə  və İnformasiya Texnologiyaları Nazirliyinin və 6 digər xarici şirkət və agentliyin birgə həyata kecirdiyi” İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində keçirilmiş”Komputer və İnternetin əsasları” adlı təlim kurslarını ,

3.2011-ci ildə İnternet Kompyuter Mərkəzində keçirilən əsas kompyuter və internet bilikləri kurslarını ,

4.2012- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi orta  təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı ixtisasartırma kursunu,

5.Sülh korpusunun Bakı şəhərində keçirdiyi “Gəncliyin inkişafı” adlı treyninqini

6.British counsilin Egp proyekti üzrə treyninqini,

7.2013-cü ildə Save the children təşkilatının “Gələcək icmalar” proqramı çərçivəsində həyata kecirdiyi treyninqləri,

8.2014-cü ildə Təhsil şurasının “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına dəstək Proqramı əsasında “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resusrslarının hazırlanması və tətbiqi qaydaları” üzrə kursunu,

9.British counsilin Müəllimlərin təkmilləşdirilməsi  istiqamətində təşkil etdiyi TKT esential kursunu, İntuit Universitetinin  72 saatlıq online  ingilis dili kursunu,

 10. Microsoftun ” Texnologiyaların pedaqoqikaya inteqrasiyası” adlı  uzunmüddətli online təlim kurslarını  müvəffəqiyyətlə başa vurmuşdur.

11. Cambridge English Language Assessment tərəfindən təşkil edilmiş Teaching Knowledge Test   imtahanını verərək Kembric Universitetinin 3-cü dərəcə (ən yüksək 4- dür) sertifikatına layiq görülmüşdür.

12. 2015-ci ildə Oxford Universiteti və Azərbaycan müəllimlər Akademiyası tərəfindən təşkil edilmiş ”Beeng an English teacher in Azerbaijan”adlı seminarını,

13. Azərbaycan Respublikası Təhsil Şurasının “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına Dəstək Proqramı” çərçivəsində “Öyrədənlərin öyrədəni” layihəsinə daxil olan “Elektron Tədris Resusrslarının hazırlanması və tədrisdə tətbiqi” üzrə təlimçi kursunu,

14. Microsoft, British Council, Mədəd və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “İngilis dili müəllimlərinin Peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və Sertifiksiyası” layihəsi çərçivəsində “Gələcək Gün üçün təhsil” təlim kursunu müvəffəqiyyətlə başa vurmuş və sertifikatlara layiq görülmüşdür.

15. 2015-ci ilin iyun ayında Azərbaycan Respublikası Təhsil Şurasının ”Təhsilin İnkafı üzrə Dövlət Strategiyası”na dəstək proqramı çərçivəsində həyata keçirdiyi “Müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarının təkmilləşdirilməsi və elektron dərs nümunələrinin hazırlanması” təlimlərini Kürdəmir rayonu üzrə təşkil etmiş və təlimçi müəllim kimi treyninqləri aparmışdır.

16. 2015-ci ildə online öz şəxsi saytını (http://multiurok.ru/learn-english/) yaratdığına görə

17. 2015-ci ildə özünün müəllif olduğu resursu(English for children) http://koilkaurokov.ru/angliiskiyYazik/presentacii/167089 saytında dərc etdirdiyi üçün uğur sertifikatlarına layiq görülmüşdür.

18. 2015-ci ilin mart ayında Azərbaycan Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi,metodiki və praktiki əsasları”mövzusunda Beynəlxalq elmi,təcrübi konfransında “Qarabağ-sağalmaz yaramız”(Garabakh-our incurable wound.) adlı məruzəsi ilə çıxış edib, beynəlxalq sertifikata layiq görülmüşdür.

19. Save the Children təşkilatının “Gələcək İcmalar Proqramı” çərçivəsində uzunmüddətli layihələrdə iştirak edərək təşəkkür məktubu almışdır.

20.”Gənclərin Töhfəsi” İctimai Birliyinin həyata keçirdiyi “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə maarifləndirmə kompaniyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak etmişdir.

21.CASCFEN tərəfindən keçirilən “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminarda iştirak etmişdir.

22. GLOBAL CAREER İNSTİTUTE tərəfindən təşkil edilmiş Dr.Mert Bashtashin keçirdiyi “Uğurlu şagird hazırlamağın qaydaları” adlı seminarda iştirak edərək sertifikata layiq görülmüşdür.

23. İNTUİT universitetinin 72 saatlıq onlayn ingilis dili kursunu bitirərək sertifikat almışdır.

24. eTwining Plus Learning Event çərçivəsində  15 saatlıq onlayn proqramı keçmişdir.




İşlədiyi illər ərzində cəmiyyətin ictimai-siyasi həyatında, maarifləndirilməsində fəal iştirakına görə dəfələrlə  rayon İcra Hakimiyyətləri, YAP, Rayon Bələdiyyələri və təhsil idarələri tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

2016-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru tərəfindən, 2017-ci ildə “İnnovativ Müəllim Müsabiqəsi”ndə 2-ci yer tutduğuna görə “Zəngi” liseyi İnnovativ İdarə Mərkəzinin İKT sektoru tərəfindən, 2018-ci ildə  BŞTİ-nin Həmkarlar İttifaqı komitəsi tərəfindən, 2019-cu ildə isə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” müsabiqə-konfransında fərqləndiyimə görə BŞTİ tərəfindən, 2021-ci ilin 5 oktyabrında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplomlarla təltif edilmişdir.



 “Azərbaycan müəllimi”, “Təhsil və zaman”, “Elm və təhsil” qəzetlərində, eləcə də “Kurikulum” jurnalında  dəfələrlə fəal təlim metodları, kurikulumla bağlı  və eləcə də aktual təhsil problemlərinə həsr edilmiş müxtəlif mövzulu məqalələri çap olunmuşdur. Ailəlidir, iki övladı var.

 

0 0

Şərhlər

Oxşar xəbərlər