"Müəllimlərimizi Tanıyaq" - Aysel Cabbarova
20-02-2023, 12:40
763

"Müəllimlərimizi Tanıyaq" - Aysel Cabbarova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Aysel Cabbarova haqqında danışacağıq :


Cabbarova Aysel Sahib qızı 1997-ci ildə martın 10-nu Bakı şəhərində anadan olmuşdur.

2003-ci ildə Binəqədi rayon Sulutəpə qəsəbəsi 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2014-ci il həmin məktəbi bitirmişdir.

2014-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin " ibtidai sinif müəllimliyi"ixtisasına daxil olmuşdur.

2018-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti "ibtidai sinif müəllimliyi" ixtisasını bitirmişdir.

2020-ci İl Türkiyənin Atatürk Universitetinə qəbul olmuşdur.
Hələ təhsili davam etməkdədir.

2018-2019-cu ildə miq imtahanında iştirak edərək Hacıqabul Rayon Şorabaçı kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.

Müəllimlərin İşə Qəbulu imtahanında 2019-2020-ci il Yüksək nəticə ilə Bakı şəhəri Yusif Əliyev adına Tam orta məktəbə təyin edilmişdir. Hazırda həmin məktəbdə "İbtidai sinif müəllimi" ixtisası üzrə çalışır.

2023-ci ildə Azərbaycan Gənc Müəllimlər Assosiyasının və Tutor-lab-ın təşkil etdiyi Gənc Müəllimlərin lll şəbəkələşmə Formunda iştirak edərək serifikatla təltif olunmuşdur.

Təhsilin İnkişafına ictimai dəstək olan "TƏHSİL FORUMU" Sosial Platformasında göstərdiyi fəallığa və səmərəli fəaliyyətinə görə "Fəal Müəllim" fəxri diplomu ilə təltif olunmuşdur.

AGMA platformasında təşkil edilən hər bir təlimdən yüksək nəticəsinə görə Sertifikatla təmin edilmişdir.

2023-cü il "Kurikulum Təlimçisi"adlı proqramı 100% nəticə ilə Rəsmi lisenziyalı Təlimçi statusunu qazanmışdır.

ALTIN ÖDÜLLƏR Mükafatçısı olaraq "Beynəlxalq Dərəcəli Peşəkar Təlimçi" statusunu qazanmışdır. 

İngiltərənin London Universitetinin "Kurikulumun təlimdə tətbiqi" adlı təlimçilik kursunda yer almaqdadır.

Azərbaycanda ilk Distant Beynəlxalq Təhsil Mərkəzinin təşkil etdiyi daha təhsilli gələcək təlimlərinə qoşularaq sertikat almışdır.

Azərbaycan Maarifçilər Assosiyasının üzvüdür.

BEYNƏLXALQ Təhsil Mərkəzi Əlavə Təhsil Müəsissəsinin "Kurikulum üzrə Təlimçilərin təlimi" proqramını müvəffəqiyyərtlə bitirmişdir.

ECOURSES portalı üzərində təşkil edilən "Sinfin idarə olunmasında prosedurlar",
"Buling və Bulingin növləri", "Çətin tərbiyə olunan şagirdlərlə işin aparılması " və s. kimi kursların ümumi qiymətləndirilməsində yüksək nəticə göstərərək kursu uğurla başa vurmuşdur.

Müəllimlərin İşə Qəbulu və Sertifikasiya çərçivə Sənədinı uyğun olaraq İbtidai sinif müəllimlərinin ixtisasını və digər fənn müəllimlərinin Kurikulumunu tədris edir. Hazırda 100-lərlə müdavimi yüksək nəticələri ilə seçilir.

Təlim və Təhsil Mərkəzinin drektoru olmuşdur.
 Bilik Tədris Mərkəzinin Rəhbər Təlimçisidir.

Öz işinin peşəkarıdır ,yorulmadan çalışmağı sevir.
"Yaşam Sirləri" adlı onlayn platformada "İMTAHAN SİMPOZİUMU"
 BİLİK TƏDRİS MƏRKIZİNİN təşkil etdiyi "Müasir Dövrümüzdə Nəzəriyyələr", "Kurikulum-Təlim Nəticələrinin tapılması", "Təlimin təşkil edilməsi 4N1KH modeli(kipling), 3N və s üsullar" kimi seminarlarda Peşəkar Təlimçi olaraq çıxış etmiş öz performansını göstərmişdir.

 Müəllimlərin mövzuları mükəmməl mənimsəməsində yardımcı olmuşdur.

2023 -cü ildə Gənclərlə Gələn Gələcək Beynəlxalq inkişaf mərkəzinin forumları və "ANLAYARAK HIZLI ÖYRƏNMƏ" adlı təlimdə Sertifikatla təltif olunmuşdur.

"İBTidai sinif müəllimləri üçün Kəsrlər" mövzusunda geniş miqyaslı təlimlər həyata keçirmiş və hazırda aktiv müəllimlər qrupunda müəllimlərə yaxından dəstək olur.

Öz təhsilin artırılması üçün ADA Universitetinə hazırlaşır və əldə edəcəyinə əmindir.

Ən böyük arzusu isə təhsil sahəsində yenilikçi müəllim kimi tanınmaq daha böyük uğurlara imza atmaqdır.

ÖZ SAHƏSİNİN PEŞƏKARI STATUSUNU QAZANMAQ VƏ DAİM İRƏLİLƏMƏK HƏYAT DEVİZİDİR!
0 0

Şərhlər

Oxşar xəbərlər