"Müəllimlərimizi Tanıyaq" - Aysel Qarayeva
5-02-2023, 15:34
645

"Müəllimlərimizi Tanıyaq" - Aysel Qarayeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aysel Qarayeva haqqında danışacağıq :

Qarayeva Aysel Adil qızı 21 mart 1989-cu ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olmuşdur.

1995-ci ildə Yevlax rayon Aran qəsəbə Vüqar Əmiraslanov adına 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin on birinci sinfini bitirmişdir.

2006-2010-illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinda bakalavr təhsili almışdır. 

Tələbəlik illərində tələbə həmkarlar təşkilatında çalışmış, bir çox layihələrdə iştirak etmişdir. 

2011-2014 illərdə Bakı Dövlət Rabitə və nəqliyyat kollecində fəaliyyət göstərmişdir. 

2017-2018 tədris ilində Yevlax rayonu Cırdaxan kənd ümumi orta məktəbində Fizika müəllimi işləmişdir.

2018-2020-ci illərdə Şuşa şəhəri 20 nömrəli tam orta məktəbində Fizika müəllimi işləmişdir.

2020-ci ildən isə Yevlax rayonu B. Alıyev adına Salahlı kənd tam orta məktəbində Fizika müəllimi işləyir.  

Muxtəlif tədbirlərdə, seminar və təlimlərdə aktiv olaraq iştirak edir. 

Hal hazırda AGMA-nın Yevalx rayonu üzrə koordinatorudur.

Uğurlar arzulayırıq !
0 0

Şərhlər

Oxşar xəbərlər