"Müəllimlərimizi Tanıyaq"  -  Pərvanə  Hümmətova
11-01-2022, 16:45
856

"Müəllimlərimizi Tanıyaq" - Pərvanə Hümmətova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Pərvanə Hümmətova haqqında danışacağıq.

Hümmətova Pərvanə Rəşid qızı 1985-ci il sentyabrın 18-də Tovuz rayon Bozalqanlı kəndində anadan olmuşdur. 2001ci ildə Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbini fərqlənmə attestatı ilə bitirmisdir.

Məktəbdə oxuduğu illərdə fənn olimpiadalarında (RFO) tarix fənni üzrə müvəffəqiyyətlər qazanmışdır. Eyni zamanda Tovuz rayon Aşıq Əsəd Rzayev adına musiqi məktəbini də müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdiyi il Universitetin tarix və ictimaiyyət fakültəsinə qəbul olmuşdur. Universiteti müvəffəqiyyətlə bitirmiş, 2004-2006ci illərdə Cənubi Qafqaz regionunda yeganə aşıq muzeyi olan "Aşıq Hüseyn Bozalqanlı adına muzeyin" müdür müavini vəzifəsində çalışmışdır.



2006-ci ildən Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Beynəlxalq və yerli təlimlərdə fəal iştirak etmişdir.

2012 -ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "İKT-nin təhsilə tətbiqi üzrə təlim"ini birinciliklə bitirmişdir.

2015-ci ildə İKT -nin növbəti təlimini müvəffəqiyyətlə bitirmişdir.

2017-2018-ci illərdə BP(BRITISH COUNCIL) Azərbaycanın təşkil etdiyi ingilis dili təlimini uğurla bitirmişdir.



2018-2019-cu illərdə BP(BRITISH COUNCIL)Azərbaycanın təşkil etdiyi növbəti ingilis dili təlimini uğurla bitirmişdir.

2019-cu ilin dekabr ayında Avropa Şurasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "İnsan hüquqları və Demokratik vətəndaşlıq təhsili" mövzusunda təlim kursunu müvəffəqiyyətlə bitirmişdir.

2019 -cu ildə dekabr ayında BMT min təşkilatçılığı ilə " Gender Bərabərliyi və Reproduktiv Sağlamlıq " mövzusunda təlim kursunu müvəffəqiyyətlə başa vurmuşdur.



2020-ci ildə "Tarix müəllimlərinin online Formatda Forumunda fəal iştirak etmişdir.

2021-ci ildə Tovuz rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Zəfər günü" ilə əlaqədar təşkil olunmuş "Şagirdlərin Zəfər yürüşündə " bələdçi müəllim kimi fəal iştirak etmişdir.

Bir sıra təşkilatlar və cəmiyyətlərin üzvüdür.
YAP-ın fəal üzvüdür.

Azərbaycan Maarifcilər Assosiasiyasının üzvüdür.

"Tovuz Xeyriyyə Cəmiyyətinin"üzvüdür.

Həmkarlar təşkilatının üzvüdür.



Hal- hazırda "Erkən nigaha son", "Gender bərabərliyi" və "Ucqarlarda yaşayan uşaqların təhsilə cəlb olunması"ilə əlaqədar layihələr üzərində çalışır.

İmkansız və istedadlı şagirdlərin təhsildən kənarda qalmaması üçün ictimai fəallıq göstərir.
0 0

Şərhlər

Oxşar xəbərlər