"Müəllimlərimizi Tanıyaq" -  Aysel Aliyarova
25-10-2023, 14:30
320

"Müəllimlərimizi Tanıyaq" - Aysel Aliyarova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Aysel Aliyarova haqqında danışacağıq.
                            
Aliyarova Aysel Araz qızı 2000-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur.
2001-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür.
2006-cı ildə Bakı şəhəri,Sabunçu rayonu üzrə 296 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.
2017-ci ildə həmin məktəbdə tam orta təhsilini başa vurmuşdur.
2017-ci ildə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanında iştirak edib yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olmuşdur.
2021-ci ildə universiteti yüksək balla, 90 ortalama ilə bitirmişdir.                               
2022-ci ildə MİQ imtahanında iştirak edərək uğur qazanmış və fəaliyyətinə başlamışdır. Hal-hazırda Bakı şəhər Xəzər rayonu üzrə 292 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
Gənc müəllimə kimi əsas məqsədi şagirdlərimizi vətənpərvər ruha sahib bir şəxsiyyət olaraq yetişdirmək,uğurlu gələcəyə hazırlamaqdır.
0 0

Şərhlər

Oxşar xəbərlər