"Müəllimlərimizi Tanıyaq"  - Gülçöhrə  Xəlilova
21-01-2022, 16:48
431

"Müəllimlərimizi Tanıyaq" - Gülçöhrə Xəlilova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Gülçöhrə Xəlilova haqqında danışacağıq:

Xəlilova Gülçöhrə Fəzail qızı 1984-cü ildə Ucar rayonunda anadan olmuşdur. 1990-cı ildə Ucar 1 nömrəli məktəbin (hazırda məktəb-lisey) 1-ci sinfinə getmişdir.

Oxuduğu müddətdə məktəbin fəal və nümunəvi şagirdi olmuş, dəfələrlə olimpiadalarda iştirak etmiş, rayon turlarının qalibi, həmçinin rayonda keçirilən məktəblərarası bilik yarışmalarının qalibi olmuş, hədiyyələrlə təltif olunmuşdu.

2001-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi (Filologiya)fakültəsinə daxil olmuşdur.

Universitet dövründə də ədəbiyyatçıların yaradıcılıq gecələrində iştirak etmişdir (şeir söyləmə)...
2005-ci ildə ali məktəbi bitirib,əvvəl kənd, sonralar rayon məktəbində fəaliyyət göstərmişdir.

16 illlik fəaliyyətində uğurlar qazanmış, şagirdləri Respublikanın nüfuzlu universitetlərində təhsil almış,hazırda da alırlar.
Əvvəl işlədiyi Alpout kənd 1 nömrəli tam orta məktəbində dəfələrlə "İlin ən yaxşı müəllimi", İlin ən yaxşı Azərbaycan dili və Ədəbiyyatı müəllimi"diplomları ilə təltif olunmuşdur.



Təkcə məktəb yox, kəndin ictimai işlərində də fəallıq göstərmiş, həmçinin valideyn-müəllim münasibətlərini də yüksək səviyyədə qorumuşdur.
Kənd məktəbində yeniliklər edərək müxtəlif tədbirlər, bilik yarışları keçirmiş, ədəbi yaradıcılıq gecələri hazırlamış, şagirdlərini həvəsləndirmək üçün müəllim-şagird birliyini (tədbirdə rol alma) yüksək səviyyədə nümayiş etdirmişdir.

2015-ci ildən Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Rayon tədbirlərində, Ana dili gecələrinin keçirilməsində, onlayn tədbirlərin hazırlanmasında əməyi danılmazdır.

"Ana dilimizi qoruyaq", Ana dilim-əbədi qala dilim"rayon tədbirlərinin keçirilməsinin təşəbbüskarı və rəhbəri, həmçinin iştirakçısı, Vaqif yaradıcılıq gecəsinin təşkilatçısı və digər tədbirlərin iştirakçısı olmuşdur.

Nizami Gəncəvi ilə əlaqədar Rayon Təhsil Şöbələrinin əməkdaşlığı ilə hazırlanan onlayn tədbirin - çarxın müəllifi və Ucar Rayon Təhsil Şöbəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdu.

Ucar Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə keçirilən "Bizim dərs"layihəsinin fəal iştirakçısı"və Təşəkkürnamə ilə təltif olunma

Ucar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif olunma
(Müxtəlif illərdə)

"İdeal Vətəndaş"layihəsində iştirak və jurnalda müsahibə

2014 -cü ildən Göyçay İmtahan Mərkəzi (DİM)marker-ekspert-sertifikatla təltif olunma

2012 kurikulum təlimində yüksək nəticə və həmin təlimin rayon 1- cisi

Respublika Qabaqcıl Müəllimlərinin 1 ci Qurultayının iştirakçısı

Müxtəlif seminarların, konfransların iştirakçısı,

Türkiyə,Ruminiya müəllimləri ilə əməkdaşlıq,eTvininng layihələrinin fəal iştirakçısı,veb 2 alətlərindən istifadə bacarığı və bununla bağlı hazırladığı çarxlar və s.

Gənc müəllim layihəsinin təşkil etdiyi "İlin Gənc Müəllimi" müsabiqəsinin 50 liliyində 2 dəfə yer alıb.



Azərbaycan Gənc Müəllimlər Assosasiyası, Azərbaycan Maarifçilər Assosasiyasının üzvüdür.

Kürdəmir-Zərdab-Ucar əməkdaşlıq layihələrinin fəal iştirakçısı və nümunəvi açıq dərslərin təşkili

Rayon ictimai işlərində də fəallıq göstərir, müxtəlif tədbirlərdə çıxış edir, həmçinin 44 günlük zəfər müharibəsində də vətənpərvərlik mövqeyini yüksək səviyyədə nümayiş etdirmiş və Fəxri Diplomla təltif olunmuşdur.

Fəaliyyəti, tədbirləri,bir-birindən maraqlı dərslərinin bir hissəsi youtube kanalında öz əksini tapmışdı.




Şagirdləri Azərbaycan dili və Ədəbiyyatdan yüksək nəticə göstərərək (maksimum nəticə) müəllimi sevindirmiş və işini daha da həvəsli qurmasına stimul vermişdir.

Hüquq, həkim, müəllim, psixoloq və digər sahələrdə çalışan şagirdlərindən fəxrlə danışmaq olar.

Həmçinin şagirdləri olimpiadada yer almış (rayon turu) müxtəlif müsabiqələrdə (inşa,qiraət) rayon 1-si olmuşlar

Bütün bunların səbəbi müəllimin fənnini sevdirməyi və maraqlı dərs üsullarından istifadə etməyidir. Tematik tədbirləri şagirdləri tərəfindən çox sevilir.



Gülçöhrə müəllimin uğurlarının bir hissəsini qeyd etdik.

Hazırda yeni layihələr üzərində də çalışır və bu layihələrin də uğurlu və yararlı olacağına inanır.
0 0

Şərhlər

Oxşar xəbərlər