"Müəllimlərimizi Tanıyaq" - Sadıqova Aysel
21-04-2023, 10:14
1 872

"Müəllimlərimizi Tanıyaq" - Sadıqova Aysel

"Müəllimlərimizi Tanıyaq" -   Sadıqova Aysel rubrikamızda bu dəfə haqqında danışacağıq

Sadıqova Aysel Əli qızı 8 iyun 1985-ci il Füzuli rayonunda anadan olub.

1992-ci ildə Füzuli rayonununda I sinfə gedib. Məlum səbəblərdən Bakıya köçüb və təhsilini burada davam etdirib.

2003-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. Universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib 2007-ci ildə həmin Universitetin magistratura pilləsinə daxil olub. Bu pilləni də fərqlənmə diplomu ilə bitirib təhsilini başa vurduqdan sonra Füzuli rayonu 4 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 

2012-ci ildə Bakı şəhəri Xətai rayonunda yerləşən 221 nömrəli tam orta məktəbdə əvəzçiliklə ikinci iş yerində işləmiş və həmin müddətdə "Müəllimlərin diaqnostik qiymətləndirilməsi" müsabiqəsində iştirak edib 51 bal toplamışdır(Maksimum 60 bal).

2016-cı ildə "Müəllimlərin yerdəyişmə" imtahanında iştirak edib 51 bal toplayaraq Buzovna qəsəbəsində 30 nömrəli tam orta məktəbdə işləmək hüququ qazanmışdır. Ancaq yol uzaqlığı problemi ilə əlaqədar imtina etmişdir. 

2016-cı ildə eyni zamanda "Direktorların işə qəbulu"müsabiqəsində iştirak edib Füzuli rayonu 30 nömrəli tam orta məktəbə direktor vəzifəsinə həvalə olunmuşdur.

2017-ci ildə aprel ayında "Direktorların işə qəbul "müsabiqəsində yenidən iştirak edib 40 sualdan 35-nə düzgün cavab yazmışdır. 

2017-ci ildə oktyabr ayında keçirilən müsahibə mərhələsində ugur qazanaraq Füzuli rayonu 30 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. 

Təhsilini daha da artırmaq üçün 2019-cu ilin oktyabrından AMEA-nın Tarix İnstitutun unda dissertant kimi təhsil almaga başlamışdır. 

Dissertant olaraq fəaliyyətində 5 məqaləsi, onlardan 2-si xaricdə nəşr olunub. 

Bir oglu var. Füzuli rayonu 30 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdidir.
2 0

Şərhlər

Oxşar xəbərlər