"Müəllimlərimizi Tanıyaq"  -  Nailə  Sadıqova
10-01-2022, 16:01
1 235

"Müəllimlərimizi Tanıyaq" - Nailə Sadıqova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nailə Sadıqova haqqında danışacağıq. 

Nailə Sadıqova Qədir qızı 2000-2004 Azərbaycan Müəllimlər Universitetində (ibtidai təhsilin pedaqogika və metodikası. bakalavr) təhsil almışdır.
2011-ci  ildə  “Yeni  ibtidai  kurikulumu  üzrə  müəllimlərin  təlim  Proqramı”kursunu  müvəffəqiyyətlə bitirərək  birinci  dərəcəli  sertifikatla təltif olunmuşdur.

2012-ci  ildə  “Mədəd  Azərbaycan”  MMC  tərəfindən  təşkil edilmiş  İKT-nin təhsilə  tətbiqi  üzrə İntel “ Gələcək  üçün  Təhsil” təlim kursunu  müvəffəqiyyətlə  bitirdiyinə görə  sertifikata  layiq görülmüşdür.

Yanvar-iyun  2014-cü  ildə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin “İctimai  təşəbbüslərin dəstəklənməsi” müsabiqəsi  çərçivəsində  Təhsil  Texnologiyaları  Mərkəzinin “Tədris keyfiyyətinin yüksəldilməsi  üçün  mentorluq  sisteminin  yaradılması “ layihəsində uğurla  iştirak  edərək  uğur sertifikatına  layiq  görülmüşdür.



Yeni  fənn  kurikumlarının  tətbiqi  ilə  əlaqədar  2014-cü  il  mayın 26-dan  iyunun 4-dək  Təhsil Texnologiyaları  Mərkəzində  təşkil  olunmuş  “Öyrədənlərin  öyrədəni” kursundan  keçərək “Təlimçi” statusu  almışdır.

2014-cü  ilin iyun  ayında  Pedaqoji  Kadrların  İxtisasartırma  və  Yenidənhazırlanma  İnstitutunda İxtisasartırma  kursunu  keçərək  sertifikata  layiq  görülmüşdür.

2014-cü  il  iyunun  30-dan  iyulun  21-dək  Təhsil  Texnologiyaları  Mərkəzində  təşkil  olunmuş“Mentor  hazırlığı” kursunu  müvəffəqiyyətlə  bitirərək  sertifikata  layiq  görülmüşdür.

25-28 avqust 2014-cü  il  tarixində  “Promethean”interaktiv  lövhələrinin  tədrisə  tətbiqi” kursunda uğurla  iştirak edərək müvəffəqiyyət  sertifikatına   layiq  görülmüşdür.



2014-cü  il avqust ayında  “Elektron məktəb üçün  elektron  müəllim” kursunu  müvəffəqiyyətlə keçərək  sertifikata  layiq  görülmüşdür.
01-04 dekabr 2014-cü il tarixində Təhsil Texnologiyaları Mərkəzinin təşkil etdiyi Beynəlxalq Hümanist Pedaqogika Mərkəzinin prezidenti Şalva Amanaşvilinin “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları”mövzusundakı seminarında iştirak edərək beynəlxalq sertifikata layiq görülmüşdür.

5 may 2015-ci il “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin imtahanından uğurla keçərək “İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə”sahəsində baza biliklərinə malikdir-sertifikatına layiq görülmüşdür.

12 iyun 2015-ci ildə “İrəvan press”qəzetində “Müəllimlik müqəddəslikdir”başlığı altında müəllimlik fəaliyyəti haqqında məqalə dərc olunmuşdur.
30 iyun 2015-ci il tarixində “Fəal dərsin qurulmasında internet resurslarından istifadə üzrə təlim” kursunu müvəffəqiyyətlə bitirib Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən sertfikata layiq görülmüşdür.

23 yanvar 2016-cı il tarixində Azərbaycan Təhsil Şurasının keçirdiyi “Təlim-tərbiyə prosesi: ənənə və müasirlik,innovasiyalar,kreativ düşüncənin formalaşdırılması”mövzusunda respublika elmi-təcrübi konfransında iştirak edərək sertifikata layiq görülmüşdür.



5-6 mart 2016-cı il tarixində Global Career İnstitutunun təşkil etdiyi İstanbul Gelişim Universitetinin professoru Doktor Ali Osman Özcanın və Sakarya Dövlət Universitetinin Doktoru Aysel Fehahın telimçi olduğu seminarda iştirak edərək beynəlxalq sertifikata layiq görülmüşdür.

“Təhsil və Zaman”qəzetinin 30 aprel 2016-cı il buraxılışında  “ Şagirdlərdə həyati bacarıqları necə inkişaf etdirirəm.” adlı məqaləsi dərc olunmuşdur.
29 may 2016-cı ildə Müasir İnnovasiyalar liseyinin təşkilatçılığı ilə keçirilən “Fəal müəllim:Beynəlxalq təcrübənin müasir tətbiqləri”adlı beynəlxalq seminarda iştirakçı olaraq sertifikata layiq görülmüşdür.

4 iyun 2016-cı il tarixində Azərbaycan Təhsil Şurasının keçirdiyi “ Qabaqcıl müəllimlərin Birinci Ümumrespublika Forumu”nda iştirak edərək sertifikata layiq görülmüşdür.

2015-2016-ci ildə “Təməl-Təqaüd proqramı”kursunda iştirak etmiş,.Kursun imtahanını 85% nəticə ilə bitirmişdir..Test üzrə maksimu 15 baldan 11 bal,dərs nümunəsi-icmalın yazılmasından maksimum 15 baldan 14,5 bal toplayaraq  85% nəticəni göstərmişdir..



13-22 oktyabr 2016-ci il tarixilərində “Təhsildə İnnovativ Texnologiyalar”Əlavə Təhsil Mərkəzinin “Təlimçi” üzrə seçim turundan,imtahandan və müsabiqədən uğurla keçərək TOT(Təlimçilər üçün təlim)kursunda iştirak etmişdir və kursu müvəffəqiyyətlə kursu bitirmişdir.

 03-17 dekabr 2016-ci il tarixlərində "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzi və AR Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 7 sentyabr 2016-cı il tarixli 13 № li müqavilə üzrə Binəqədi rayonu 3 № li tam orta məktəbdə keçirilmış İKT  kursunda təlimçi kimi uğurlu təcrübə (stajirovka) keçmişdir.

22-23.04.2017-ci ilarixlərində  WayOut Tədris və Konsultasiya Mərkəzinin təşkil etdiyi “Liderlik və Özünü kəşf etmək” təlimində müvəffəqiyyətlə işirak edərək sertifikata layiq görülmüşdür.

08.04.2017-ci ildə Bakı şəhərində keçirilmiş “The 1st  Annual İnternational  XXI Century Teachercs * Conference” konfransında iştirak edərək sertifikat ilə təltif olunmuşdur.



24.06.2017-14.07.2017-ci il tarixlərində Azərbaycan Təhsil Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İbtidai sinif müəllimlərinə fəal təlim metodlarının öyrədilməsi və pedaqoji prosesdə tətbiqi üzrə işlərin təşkili” layihəsi çərçivəsində keçirilən təlimdə təlimçi qismində yüksək səviyyədə iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif olunmuşdur.

22.08.2017- 11.09.2017-ci il tarixində Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin I və II turunda  ekspert kimi fəaliyyət göstərmişdir.

2018-ci ildən Təhsil Nazirliyinin nəznində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılan “e-Twinning  Plus” layihəsinə sinfi ilə bərabər qatılmı. Və bir çox layihələr həyata keçirmiş,iştirak etmişdir. 2019-cu ildə Trabzon Yomra okulunun 5-ci sinif öyretmeni ilə bərabər ortaq “Kitabseverlər”layihəsini həyata keçirmiş.Qurucusu olmuş bu layihə həm Azərbaycan USD heyəti tərəfindən Milli Keyfiyyət Nişanı,həm də Avropa Keyfiyyət Nişanı ilə təltif olunmuşdur. “eTwinning Plus “layihəsində iştirak etdiyi 10 layihənin hər birində həm Milli Keyfiyyət Nişanı,həm də Avropa Keyfiyyət Nişanı ilə mükafatlandırılmışdır.



20.06.2018- 20.12.2018 – ci il tarixində Bakı şəhərində keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi üzrə “Dərsin planlaşdırılması və formativ qiymətləndirmə strategiyaları “ layihəsində iştirak edərək sertifikatla təltif olunmuşdur.

01.08.2018- 01.02.2019 –ci il tarixində Bakı şəhərində keçirilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi üzrə “ Əyləncəli riyaziyyat “-İbtidai siniflərdə riyaziyyat fənninin yeni təlim üsulları ilə tədrisi layihəsində iştirak edərək sertifikatla təltif olunmuşdur.

08.09.2018-ci ildə Çinar Yayımları” MMC təşkilatlığı ilə “İbtidai sinif müəllimlərinin I Təhsil Forumu” nda ,08.09.2019- cu ildə isə “İbtidai sinif müəllimlərinin II Təhsil Forumu”nda iştirak edərək sertifikatla təltif olunmuşdur.

16.10.2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Avropa İttifaqının əməkdaşlıq etdiyi “ eTwinning Plus” proqramı əsasında seçilən layihələrdən biri də Sadıqova Nailənin yaradıcısı olduğu “Kitapseverler” layihəsi olmuşdur.Layihə həm Təhsil Sisteminin İnformasiyaşdırma İdarəsinin USD heyəti tərəfindən layihə keyfiyyət nişanına ,həm də Avropa üzrə layihə keyfiyyət nişanına layiq görülmüşdür.



16.02.2020 ci il tarixində İnkluziv Təlim çərçivəsində Bakıda keçirilmiş “ Applied Behaviour Analisys” Conferense – konfransında iştirak edərək sertifikatla təltif edilmişdir.

02.05.2020-ci il tarixində “ MS Teams _1_Fəaliyyətin təşkili” təlimini uğurla başa vurmuşdur.

04.06 – 12.06.2020- ci il tarixində “ İnkluziv sinifdə təlimin təşkili”təlimini uğurla başa vurmuşdur.

27.11.-07.12.2021-ci il tarixlərində Müasir Öyrənmə Nəzəriyyələrinin Tədrisi təlimində uğurla iştirak etmişdir.



09.12- 22.12.2021-ci il tarixində İbtidai sinif müəllimlərinin ixtisasartırma kursunda,yeni dərsliklərin izah təlimində uğurla iştirak etmişdir.

12.12.2021-ci il tarixində Ege Universitesi,Eğitim Fakültesi,Eğitim  Bilimleri Bölümü,Eğitim Yönetimi Anabilim Dalı öyretmeni Doç.Dr.Osman Ferda Beytekinin “SİNİF İDARƏETMƏ BACARIQLARININ İNKİŞAFI  PROQRAMI”təlimində uğurla iştirak edərək başarı sertifikatı ilə təltif olunmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər