Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, rayonun Əlibəyqışlaq kəndindən olan Əhmədov Rəvan Yafət oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər.
23-02-2023, 21:22
292

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, rayonun Əlibəyqışlaq kəndindən olan Əhmədov Rəvan Yafət oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər.

TehsilForumu.Azxəbər verir ki , 23 fevral 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, rayonun Əlibəyqışlaq kəndindən olan Əhmədov Rəvan Yafət oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət etmişlər.
 Görüşdə Rəvan Əhmədovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Sədr dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq qeyd edib ki, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.
  Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Əhmədov Rəvan Yafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” , "Şuşanın azad olunması görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
  Məkanı cənnət, ruhu şad olsun Şəhidimizin. Azərbaycan xalqı Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini daim qəlbində yaşadacaqdır. 
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
0 0

Şərhlər

Oxşar xəbərlər