Prezident Ağalı kəndində şagirdlərlə səmimi söhbət etdi-FOTO
20-10-2022, 11:30
421

Prezident Ağalı kəndində şagirdlərlə səmimi söhbət etdi-FOTO

TehsilForumu.Az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar.

 

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər.

 

Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayan Prezident İlham Əliyev deyib:

-Uşaqlar, gedək məktəbi göstərin mənə, gəlin, gedək.

Mehriban xanım Əliyeva: Dayanıblar, bəlkə, əvvəl şəkil çəkdirək?

Prezident İlham Əliyev: Şəkil çəkdirək, elə məktəbin önündə.

Mehriban xanım Əliyeva: Gəlin, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sinif otaqlarına baxaq. Sən neçənci sinifdə oxuyursan?

1-ci şagird: Altıncı sinifdə.

Prezident İlham Əliyev: Bundan əvvəl harada oxuyurdun?

Şagird: Sumqayıtda 30 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda. Bəs sən?

2-ci şagird: Mən də Sumqayıtda.

Prezident İlham Əliyev: Sən də Sumqayıtda. Bəs sən?

3-cü şagird: Mən də Sumqayıtda 15 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda.

4-cü şagird: Mən Mərdəkanda 181 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: İndi necə? Ağalı kəndi xoşunuza gəlir?

Məktəblilər: Bəli.

Prezident İlham Əliyev: Çox gözəl. Uşaqlar həvəslə oxuyurlar?

Qadın müəllim: Əlbəttə, çox böyük həvəslə. Ümumiyyətlə, məktəbə gəldikləri vaxt buranı gördükdə inanın ki, o qədər çox gözəl hisslər yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar.

Prezident İlham Əliyev: Uşaqlar gəliblər öz dədə-baba torpağına. İndi görürsünüz, necə də gözəldir sizin doğma torpağınız, Vətəniniz, Ağalı kəndi.

Mehriban xanım Əliyeva: Soruşuram, Sumqayıtdan daha gözəldir, deyir, bəli.

Prezident İlham Əliyev: Sumqayıt da gözəl şəhərdir, böyük şəhərdir. Amma buranın, əlbəttə ki, xüsusi gözəlliyi var, təbiət, hava, iqlim.

Şagird: Bəli.

Prezident İlham Əliyev: Darıxmırsınız burada?

Şagirdlər: Xeyr.

Mehriban xanım Əliyeva: Gözəl qızlar.

Məktəbli qız: Siz daha gözəlsiniz. Hələ də inanmıram mən Sizinlə görüşürəm, həyəcanlandım.

Mehriban xanım Əliyeva: Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də çox böyük arzum idi.

Məktəbli qız: Deyə bilərəm ki, qalereyamdakı fotoların çoxu Sizin şəkilinizdir.

Mehriban xanım Əliyeva: Eləmi? Şəkil çəkirsən?

Məktəbli qız: Xeyr, ümumiyyətlə hərdənbir.

Mehriban xanım Əliyeva: Baxırsan?

Məktəbli qız: Bəli.

Mehriban xanım Əliyeva: Çalışacağam tez-tez gəlim sizin yanınıza, İnşallah.

Məktəbli qız: İnşallah.

Prezident İlham Əliyev: Gedək, kəndin mərkəzinə baxaq.

Qadın sakin: Biz Ağalı sakinləri üçün Sizin sayənizdə çox gözəl, möhtəşəm şərait yaradılıb. Çox sağ olun, var olun həmişə.

Prezident İlham Əliyev: Çox yaxşı ki, qayıdıblar və qayıdırlar da. Görürəm, uşaqlar da həvəslə, ürəkdən deyirlər, çox sevinirlər ki, burada yaşayırlar. Buraya gələnlər işlə təmin olunublar?

Qadın sakin: Bəli, hörmətli cənab Prezident. “Kapital Bank”, “ASAN xidmət”.

Prezident İlham Əliyev: İşləyirlər orada?

Qadın sakin: Bəli. Xəstəxana, “Gil MED” fəaliyyət göstərir. Çox gözəldir, möhtəşəmdir.

şükür, havası da, suyu da gözəldir.

Prezident İlham Əliyev: Əlbəttə, gözəldir, doğma torpağı, havası, suyu - hər şeyi.

Mehriban xanım Əliyeva: Hər şeyi gözəldir.

Qadın sakin: Siz də hamıdan gözəlsiniz. Allah Sizdən razı olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım salam, necəsiniz? Xoş gəlmisiniz kəndimizə.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Cənab Prezident, Sizinlə görüşmək istəyirəm, olar?

Prezident İlham Əliyev: Salam, nə var, nə yox, necəsən?

Kişi sakin: Sizinlə fəxr edirik, cənab Prezident. Sizin uğurlu siyasətinizlə fəxr edirik. Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Necə yaşayırsınız?

Kişi sakin: Gözəl yaşayırıq. Allah Sizə dəyməsin. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ ol.

Kişi sakin: Ümummilli Liderimiz cənab Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin. Allah Sizə dəyməsin, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol. Sən əvvəl harada yaşayırdın?

Kişi sakin: Mən Ağcabədi rayonunda yaşayırdım, burada işləyirəm.

Prezident İlham Əliyev: Özün bu kənddənsən?

Kişi sakin: Xeyr, Ağcabədi rayonundanam.

Prezident İlham Əliyev: Burada hansı sahədə işləyirsən?

Kişi sakin: Hazırda “Xan çinar”da ofisiant işləyirəm. Sizə təşəkkür edirəm ki, bizə belə günlər yaşadırsınız. Minnətdarıq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı, sağ ol.

Qadın sakin: Salam, xoş gördük, cənab Ali Baş Komandan, Sizə təşəkkür etmək istəyirəm.

deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız.

Kişi sakin: Biz buranın həsrəti ilə yaşayırdıq.

Prezident İlham Əliyev: Bəli, indi buralar əvvəlkindən də gözəl olub.

Qadın sakin: Çox gözəl olub. Allah Sizdən razı olsun.

Digər qadın sakin: İndi müasir şəraitə də uyğunlaşmışıq, çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bəli, şərait də yaxşıdır. İndi bütün xidmətlər də var.

Qadın sakin: Olar Sizinlə şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, əlbəttə, olar.

Digər qadın sakin: İkinci dəfədir Sizinlə görüşürük. Gözəl Prezidentimizlə fəxr edirik.

Qadın sakin: Mənim oğlum da, yoldaşım da burada xidmət edib.

Prezident İlham Əliyev: Hərbidə olub?

Qadın: On ildir hərbçidir. Cəbrayılda yaralanmışdı. Sizin sayənizdə bizə burada ev veriblər. Çox minnətdarıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Burada xoşbəxt yaşayın.

Digər qadın: Hörmətli Prezident, icazə verin, mən də Sizinlə şəkil çəkdirim.

Prezident İlham Əliyev: Əlbəttə, buyurun. Sağ olun.

Kişi sakin: Salam. Necəsiniz?

Qadın sakin: Biz Sizi görməyə çox şad olduq.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Kişi sakin: Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli Sərkərdə. Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz Sizin bu işinizlə fəxr edirik. Hörmətli Prezident, birinci növbədə, Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: Vətən müharibəsi əlilləri adından minnətdaram.

Prezident İlham Əliyev: Sizin neçə yaşınız var?

Kişi sakin: Mənim 76 yaşım var.

Prezident İlham Əliyev: Burada, Ağalıda yaşamısınız?

Kişi sakin: Bəli, bu kənddə. Bu kənddə rəhbər vəzifədə işləmişəm.

Prezident İlham Əliyev: Kənddə hansı rəhbər vəzifədə?

Kişi sakin: 1977-ci ildə rəhmətlik Ulu Öndər Heydər Əliyev məni qəbul edib. Burada kolxoz sədri vəzifəsinə təsdiq edib.

Prezident İlham Əliyev: Hə, kolxoz sədri. Sizə deyəndə ki, Ağalıya qayıtmaq olar, həvəslə qayıtmısınız.

Kişi sakin: Həvəslə.

Prezident İlham Əliyev: İndi Ağalı necədir? Yeni Ağalı xoşunuza gəlir?

Kişi sakin: Yeni Ağalı şəhərdir.

Qadın sakin: Çox gözəldir, Sizin sayənizdə.

Kişi sakin: Sizin sayənizdə. Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib.Qadın sakin: Mənimlə.

Prezident İlham Əliyev: Hə, yaxşı, bir dəfə də çəkdirək.

Qadın sakin: Çox sağ olun




Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın, burada xoşbəxt yaşayın.
0 0

Şərhlər

Oxşar xəbərlər