Ümumi
7-12-2022, 23:15
675
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Şəhid ailəsini ziyarət etmişdirlər
TehsilForumu.Az xəbər verir ki , 07 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, Quba şəhərinin, Dəvədabanı yaşayış massivindən olan Mehdiyev Surxay Zülfü oğlunun doğum günü ilə əlaqədar məzarını və ailəsini ziyarət edərək qəhrəman Şəhidimizin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, səbir diləmişlər. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə valideyinlərinə təşəkkür etmişlər. Ziyarət zamanı Surxay Mehdiyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, ailənin qayğı və problemləri dinlənilib.
Sədr qeyd edib ki, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Surxay Mehdiyev Füzuli, Cəbrayıl,Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 19-da Füzuli ilə Xocavənd arasındakı dağlıq ərazidə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. 2020-ci il oktyabrın 24-də Qubanın Şəhidlər Xiyabanında dəfn olunub.Evli idi.
Ölkə Başçısının müvafiq sərəncamları ilə Surxay Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir
Məkanı cənnət, ruhu şad olsun Şəhidimizin. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini xalqımız daim qəlbində yaşadacaqdır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Şərhlər