İyunun 9-da Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Sultanov Səlim Sultan oğlunun doğum günü münasibətilə ailəsini ziyarət etmişlər.
9-06-2022, 17:34
547

Görüşdə Səlim Sultanovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açıb.

O, qeyd edib ki, Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim müvafiq kateqoriyadan olan ailələrə doğma münasibət bəsləyir, onları narahat edən problemlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sədr Fidan Hüseynova belə qəhrəman oğul böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdi. Bildirdi ki,YAP Quba rayon təşkilatı da şəhid adının hər zaman uca tutulmasına, şəhid ailələrinin sosial problemlərinin vaxtında həll olunmasına, hər bir işdə dəstək göstərilməsinə çalışır. 

Torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. 

Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq. 
  
Xatırladaq ki, Səlim Sultanov Füzuli, Xocavənd və Xocalının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 2020-ci il noyabrın 2-də Xocalı rayonu ətrafında gedən qanlı döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Səlim Sultanov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı  ilə təltif olunmuşdur. 

Vətənimizin toxunulmazlığı uğrunda şəhid olan Səlim Sultanov 2020-ci il noyabrın 4-də Zərqova kənd qəbiristanlığında dəfn olunub. Subay idi Səlim.
Allah rəhmət eləsin! Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

0 0

Şərhlər

Oxşar xəbərlər