Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Şəhid ailəsini ziyarət etmişlər.
24-11-2022, 20:24
669

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları Şəhid ailəsini ziyarət etmişlər.

TehsilForumu.Az - 24 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, rayonun Alpan kəndindən olan Murtuzov Mehdi Muxtar oğlunun Şəhidlik zirvəsinə ucalmasının 2-ci ildönümü ilə əlaqədar məzarını, ailəsini ziyarət etmişlər. Görüşdə Mehdi Murtuzovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından söhbət edilərək , qayğı və problemləri dinlənilib.


Sədr dövlətin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim bu kateqoriyadan olan ailələrə doğma münasibət bəslədiyini bildirmişdir. 
   Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
   

Qeyd edək ki, Mehdi Murtuzov Murovdağ, Kəlbəcər- Ağdağ istiqamətlərində gedən döyüşlərdə mərdlik , şücaət göstərmiş və 2020-ci il oktyabrın 2-də şəhidlik zirvəsinə ucalmışdır. Lakin onun nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmamış və itkin düşməsi barədə məlumat verilmişdir. Bir müddətdən sonra döyüş yoldaşları Mehdinin nəşinin yerini aşkarlamış və 2020-ci il noyabrın 23-də götürməyə nail olmuşlar. Mehdi şəhadətindən 52 gün sonra – noyabrın 24-ü doğma Alpan kəndinin “Su-Baba” qəbiristanlığında torpağa tapşırıldı. Subay idi . 
       

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mehdi Murtuzov ölümündən sonra “Vətən uğrunda”,”İgidliyə görə” və “ Kəlbəcərin azad olunmasına görə”, medalları ilə təltif edilmişdir. 
Allah rəhmət eləsin. 
Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik.



0 0

Şərhlər

Oxşar xəbərlər