Bu gün şəhid Rizvan Həsən oğlu Cəbrayılovun  doğum günüdür.
10-04-2023, 19:10
1 011

Bu gün şəhid Rizvan Həsən oğlu Cəbrayılovun doğum günüdür.

TehsilForumu.Az xəbər verir ki , bu gün Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin adını daşıdığı  şəhid Rizvan Həsən oğlu Cəbrayılovun doğum günüdür. 

Rizvan Cəbrayılov 1975 – ci il 10 Apreldə  Quba rayon Təngəaltı anadan olub.Elə  orta təhsilini də kənd məktəbində  bitirmişdi. Rizvan 1993- cü ildə aprelində Milli Orduya çağrılmışdı.  O, bəziləri kimi ordudan qaçıb gizlənmədi , darda qalmış Vətəni  qorumağa yollandı. Qısa müddətdə əsgər  yoldaşları arasında kəşfiyyatçı kimi tanındı . Rizvan Füzuli bölgəsində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş , igidlik göstərmişdir. O , taleyə ,alın yaxısına hər zaman inanırdı.  Yoldaşları ona ehtiyatlı olmağı tapşıranda o , deyərmiş ; “ Narahat olmayın alnıma nə yazılıbsa o da olacaq .  Bəli Rizvanın alnına Şəhidlik zirvəsinə yüksəlmək yazılıbmış. O ,1994 – cü il Yanvar ayının 18 – də Füzulinin Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralandı. Həkimlərin göstərdikləri  səylərə baxmayaraq , cəmi 5 gün yaşaya bilir. İllər öncə  Təngəaltı kənd tam orta məktəbin direktoru olmuş , rəhmətlik Vaqif müəllim Rəhmanov  Rizvan haqqında deyirdi.....“ Onun  qısa , lakin mənalı ömrünü həyacansız xatırlaya bilmirəm “. Rizvan məktəbimizin sevimlisi idi . Onun qəmsiz – kədərsiz uşaq təbəssümü  indi də gözlərimin önündən getmir. O , sinif yoldaşlarının  “Xatirə dəftərinə “ yazmışdır. – Bəlkə bir də görüşmədik !  Rizvan uğrunda öldüyü torpağı , Vətən elədi....! Minlərlə şəhid qardaşları kimi , Vətəni qorumağa and içdi və Şəhidlik zirvəsinə ucaldı.... Subay idi. Yaşadığı Təngəaltı kənd torpağında  torpağa dəfn edilib. 

Təhsil aldığı Təngəaltı kənd məktəbin hal – hazırda Rizvanın adını daşıyır.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəb  və bu ad bizim üçün hər zaman belə qalacaq !

Məlumat  verdi – sinif   yoldaşı Qarabağ müharibəsinin Qazisi ,  Cavad Fərəc oğlu Əlimirzəyev

Şəhidlərimizə uca Tanrıdan rəhmət diləyirik!
0 0

Şərhlər

Oxşar xəbərlər