Birinci Qarabağ müharibəsinin - Qəhramanları.
30-11-2022, 17:00
846

Birinci Qarabağ müharibəsinin - Qəhramanları.

1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi.[9] Oktyabrın sonlarında erməni hərbi birləşmələri (Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur)[9] Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi.[9]

1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi.[10] 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.[4]. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.[10] Azərbaycan hissələrinin Horadizə əsas zərbələri, Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi. Azərbaycan hissələri bu şəraitdə düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyasının altında Füzuli rayonunun daxilinə irəlləməyə başlamışdılar.[4] 1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ələ keçirmişdi.
1993-cu il Horadiz əməliyyatı öncəsi Heydər Əliyevin apardığı hərbi müşavirədən sonra Daxili Qoşunların Komandanı general-mayor Ramiz Məmmədov, qərargah rəisi polkovnik Zahid Teymurov və birləşmiş polis qüvvələrinin komandiri polkovnik Akif Səlimov hücum əməliyyatını müzakirə edərkən.
5 yanvarda Azərbaycan tərəfinin verdiyi məlumata görə, Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb.[1] Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.[1] Horadiz yaxınılığında Şükürbəyli uğrunda həlak olumuş kəşfiyyat bölməsinin 702-ci alayın kapitanı Elxan Zülfüqarov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[3]
Yanvarın sonunda, ermənilərin artan müqavimətini keçən Azərbaycan qoşunları, Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına çatsalar da, düşmənin əks-hücumları nəticəsində dayandırılmışdır.[4] Buna baxmayaraq, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.[6][7] Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[8]
Beləliklə İllər sonra müzakirələrdə çıxşlarda cənab Prezident bildirdi ki, “Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində jurnalistin “Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz” sualına cavab verərkən deyib. 

Dövlət başçısı “Niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi” sualına isə aşağıdakı kimi izah verib: 

- İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

Halhazırda dövlət mükafatçısı ,  Müharibə vetereanı, Qazilərimizdən biri olan Əlimirzəyev Cavad Fərəc oğlu Quba Rayon Təngəaltı kəndində yaşayır.Ailəlidir.3 övladı var. 2 qız bir oğlan.


0 0

Şərhlər

Oxşar xəbərlər