Şəhid Cəbrayılov Rizvan Həsən oğlu - Quba Rayon Təngəaltı kənd - Anım Günü
20-01-2023, 15:04
628

Şəhid Cəbrayılov Rizvan Həsən oğlu - Quba Rayon Təngəaltı kənd - Anım Günü

Şəhid Cəbrayılov Rizvan Həsən oğlu - Quba Rayon Təngəaltı kənd 

Rizvan Cəbrayılov 1975 – ci il 10 Apreldə  Quba rayon bTəngəaltı anadan olub.Elə  orta təhsilini də kənd məktəbində  bitirmişdi. Rizvan 1993- cü ildə aprelində Milli Orduya çağrılmışdı.  O bəziləri kimi ordudan qaçıb gizlənmədi , darda qalmış Vətəni  qorumağa yollandı. Qısa müddətdə əsgər  yoldaşları arasında kəşfiyyatçı kimi tanındı . Rizvan Füzuli bölgəsində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş , igidlik göstərmişdir. O , taleyə ,alın yaxısına hər zaman inanırdı.  Yoldaşları ona ehtiyatlı olmağı tapşıranda o , deyərmiş ; “ Narahat olmayın alnıma nə yazılıbsa o da olacaq .  Bəli Rizvanın alnına Şəhidlik zirvəsinə yüksəlmək yazılıbmış. O ,1994 – cü il Yanvar ayının 18 – də Füzulinin Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralandı. Həkimlərin göstərdikləri  səylərə baxmayaraq , cəmi 5 gün yaşaya bilir. İllər öncə  Təngəaltı kənd tam orta məktəbin direktoru olmuş , rəhmətlik Vaqif müəllim Rəhmanov  Rizvan haqqında deyirdi.....“ Onun  qısa , lakin mənalı ömrünü həyacansız xatırlaya bilmirəm “. Rizvan məktəbimizin sevimlisi idi . Onun qəmsiz – kədərsiz uşaq təbəssümü  indi də gözlərimin önündən getmir. O , sinif yoldaşlarının  “Xatirə dəftərinə “ yazmışdır. – Bəlkə bir də görüşmədik !  Rizvan uğrunda öldüyü torpağı , Vətən elədi....! Minlərlə şəhid qardaşları kimi , Vətəni qorumağa and içdi və Şəhidlik zirvəsinə ucaldı.... Subay idi. Yaşadığı Təngəaltı kənd torpağında  torpağa dəfn edilib. 

Təhsil aldığı Təngəaltı kənd məktəbin hal – hazırda Rizvanın adını daşıyır.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəb  və bu ad bizim üçün hər zaman belə qalacaq !

Məlumat  verdi – sinif   yoldaşı Qarabağ müharibəsinin Qazisi ,  Cavad Fərəc oğlu Əlimirzəyev
Allah Şəhidlərimizə Rəhmət eləsin Amin.

Nigar Müəllimə Məmmədova 

0 0

Şərhlər

Oxşar xəbərlər