Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova şəhid leytenant Piriyev Səttar Fuad oğlunun məzarını ziyarət etmişdir
19-11-2022, 16:23
555

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova şəhid leytenant Piriyev Səttar Fuad oğlunun məzarını ziyarət etmişdir

TehsilForumu.Az xəbər verir ki, 18 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi iştirakçısı, şəhid leytenant Piriyev Səttar Fuad oğlunun məzarını və ailəsini ziyarət etmiş, Qəhrəman Şəhidimizin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib səbir diləmişlər. Belə igid, qəhrəman oğul böyütdüklərinə görə təşəkkür etmişlər. 
  
 Məkanı cənnət, ruhu şad olsun Şəhidimizin. Nə qədər Azərbaycan xalqı yaşayır, Vətən yolunda canını qurban vermiş övladlarını heç zaman unutmayacaq, onların əziz xatirəsini xalqımız daim qəlbində yaşadacaqdır.
 

  Qeyd edək ki, Vətən müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan şəhid Səttar Piriyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad edilməsinə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
   Allah bütün Şəhidlərimizə rəhmət eləsin!


0 0

Şərhlər

Oxşar xəbərlər