Nadir İsrafilovdan EduPress-ə təbrik: “Təhsilimizdə buna böyük ehtiyac var”
2-06-2023, 13:13
353

Nadir İsrafilovdan EduPress-ə təbrik: “Təhsilimizdə buna böyük ehtiyac var”

TehsilForunu.Az təqdim edir.
Peşəkarların peşəkar yanaşmaları maarifləndirmə işində öz sözünü deməlidir.Maariflənmə o dərəcədə önəmlidir ki, onu öhtəsindən ancaq maarifçilik səriştəsinə və təcrübəsinə malik olanlar gələ bilər. Maarifləndirici təhsil portalı olan “EduPress” hələ iki ay bundan öncə ilk qədəmlərini atarkən ki, fəaliyyətə başlaması münasibətilə kollektivi və geniş təhsil ictimaiyyətini səmimi təbrik emiş, saytın tezliklə təhsil və media sahəsinə yeni nəfəs gətirəcəyinə, təhsilimizlə bağlı yeni çağırışlara dəstək olacağına, bir çox yaradıcılıq layihələrinə imza atacağına bəri başdan əminliyimi bildirmiş, həmin saytın qurucusu, gənc və peşəkar olduğu qədər də “Moderator az.”  və “AzEdu.az”- da böyük təcrübə yolu keçmiş Elmin Nuriyə isə növbəti postda yeni-yeni uğurlar arzulamışdım.  

Budur, artıq dünəndən etibarən “EduPress” tam gücü ilə fəaliyyətini davam etdirməyə başlayıb. Bir daha əminəm ki, yeni sayt rəhbərinin təhsil mütəxəssis olmaqla yanaşı, həm də Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı olması “EduPress”- də dərc olunacaq materialların şəxsi mülahizə və ambisiyalara deyil, elmi araşdırmalara və təcrübədən çıxmış təhlilərə əsaslanmasına təminat verəcək. Ümidvar olduğumu bildirirəm ki, hələ ilk fəaliyyətə başlayarkən sayta verdiyim xeyir-dua bu dəfə də düşərli olacaq. “EduPress” tezliklə Respublikamızın sayılıb-seçilən media vasitələri sırasında öz layiqli yerini tutacaq və təhsilimizin inkişafına, təhsil ictimaiyyətinin daha da maariflənməsinə öz töhfəsini verəcək.

Təhsilimizdə maarifləndirmə işinə böyük ehtiyac var. Peşəkarların peşəkar yanaşmaları maarifləndirmə işində öz sözünü deməlidir.

 
1 0

Şərhlər

Oxşar xəbərlər