
Ümumi
16-03-2023, 16:29
158
Məktəbəqədər hazırlıq qrupu - Novruz bayramı münasibətilə tədbir keçirilib
Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəb

TehsilForumu.Az xəbər verir ki , Qədim zamanlardan başlayaraq Novruz bayramı həmişə xüsusi bayram olaraq qeyd olunub. Elə bu məqsədlə, 16.03.2023-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Əlimirzəyeva Nigar məşğul olduğu məktəbəqədər hazırlıq qrupunda Novruz bayramına həsr edilmiş tədbir keçirildi.
Tədbirdə məktəb direktoru Mərhəmət Ağayev iştirak etdi , o balaca fidanları təbrik etdi. Tədbirdə Bahara aid şeirlər söyləndi, mahnılar oxundu.Uşaqlar rəngli yumurtalarla döyüş təşkil etdilər. Qaliblər mükafatlandırıldılar. Şənliyimiz uşaqlara sevinc və fərəh gətirməklə başa çatdı.

