Xalqımızı birləşdirən bayram şənlikləri
17-03-2022, 15:20
444

Xalqımızı birləşdirən bayram şənlikləri

Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda xoş əhval-ruhiyyə, qürur hissini yaradıb. Artıq iki ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Şuşada Cıdır düzündə alovlandırdığı bayram tonqalı xalqımızın 30 ilə yaxın dövrdə səbirsizlikə gözlədiyi gün idi.

Ölkə Prezidenti Cıdır düzündən müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, 2004-cü ildən başlayaraq, hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisə, böyük xoşbəxtlikdir. 28 ildən sonra Şuşaya qayıtdıq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində daha möhtəşəm uğurlara yol açacaq hədəfləri açıqladı. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilməsi, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara tarixi səfərləri Böyük Qayıdışı hər an yaxınlaşdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, torpaqlarımız tarixi sahibindədir.


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində səsləndirdiyi "Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır" fikirləri təsdiq edir ki, Novruz insanları birliyə, həmrəyliyə çağırış edir, dostluq, səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir.


Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizi, tariximizi qorumalarıdır. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti bu dəyərlər üzərində qurulub. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Xalqı birləşdirən bayram şənlikləri həm insanlarda xoş ovqat, bayram əhval-ruhiyyəsi yaradır, həm də adət-ənənələrimizin unudulmamasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.


Ümumilli Lider Heydər Əliyev demişdir –“Gün o gün olacaq ki,Novruz bayramını bir dəfə Şuşada,o biri il Laçında,o biri il Kəlbəcərdə, Ağdamda,Füzulidə,Cəbrayılda,Zəngilanda,Qubadlıda keçirəcəyik.Əminəm ki,belə də olacaq , beli elədə oldu . Mən buna inanıram və bu inamla yaşayıram,bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.


 Bəli Ulu Öndərimiz Heydər Əliyev Əlirza oğlunun laiqli davamçısı subut etdi ki, Azərbaycan xalqı müstəqil və azad Xalqdır.

Uca Tanrıdan Prezidentimizə və ailəsinə cansağlığı arzulayırıq.

Quba rayonu Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin ibtidai sinif və Həmkar sədri , AMA Quba rayonu üzrə koordinatoru Məmmədova Nigar Əli qızı.
0 0

Şərhlər

Oxşar xəbərlər