Nadir Israfilov: Müəllim icmal adlandırılan gündəlik dərs planı yazmağa borcludurmu…?
7-03-2023, 18:22
3 401

Nadir Israfilov: Müəllim icmal adlandırılan gündəlik dərs planı yazmağa borcludurmu…?

TehsilForumu.Az -Bu haqda ətraflı. Gəncdirsə, təcrübəsizdirsə, özünə güvəni yoxdursa yaza bilər. Lakin təhsilə dair heç bir rəsmi normativ sənəddə müəllimin gündəlik dərsin planlaşdırılmasına dair gündəlik yazmağa borclu olduğuna dair hər hansı bir qeyd yoxdur. Bununla belə dərsin qabaqcadan planlaşdırılmasının təcrübəli müəllimə belə ziyanı yoxdur. İstənilən müəllim əgər istəyirsə, onun dərsi daha səmərəli və keyfiyyətli olsun, dərsin məzmunu və strukturu ilə əlaqədar özünə yaddaş xarakterli müəyyən tezislər çıxara bilər və bunu ona heç kəs irad tuta bilməz.
Lakin, daxil olan siqnallara əsasən bəzi məktəb direktorları və onların müavinləri tərəfindən, hər dərsə girərərkən gündəlik plan tutması tələbi ilə üzləşən müəllim şikayətləri də istisna deyil. Halbuki, nəticəyönümlü təhsildən bəhs edirik. Direktor və onun müavinini dərs planı yox, dərsin nəticəsi maraqlandırmalıdır. Direktor və müavin qabaqcadan xəbərdarlıq etməklə, gənc və ya kifəyət qədər peşəkarlığı olmayan müəllimin dərsini dinləyə, hətta metodbirləşmənin iştirakı ilə açıq dərs belə təşkil edə bilər və buna borcludur da. Rəhbəlik tərəfindən aparılan müzakirələr zamanı dərsin məzmunu və strukturuna dair iradlar və digər mülahizələr bildirilə bilər ki, bu da müəllimin yalnız xeyrinə olar.
Bununla belə, ayrı-ayrı hallarda sosial şəbəkələrdə, müxtəlif qruplar tərəfindən dərsin keyfiyyətinə nail olmaq üçün müəllim tərəfindən gündəlik planlaşdırma aparlılmasının zəruriliyi ilə bağlı yazılar dərc olunur. Gündəlik dərs planının necə yazılması, planda hansı məsələlərin əks etdirilməsi, dərsin necə aparılması, mövzu, standart, məqsəd, inteqrasiya, resurslar və s. barədə yazılar dərc olunur ki, bu da metodiki tövsiyə xarakteri daşıyıb, heç də gündəlik dərs planının vacibliyi anlamına gəlməməlidir.

Məyyən imzasız tövsiyələrdə “Icmal yazmazdan əvvəl mütləq şəkildə məktəb rəhbərliyi ilə dəqiqləşdirmə aparmaq lazımdır” kimi tələblər kökündən yanlış fikir olub, təhsil içtimaiyyətində çaşqınlıq yaratma cəhdindən başqa bir şey deyildir. Dərsin sahibi müəllimdir, müəllimin pedaqoji fəaliyyətini çərçivəyə salmaq isə onu aşağılamaqdır.  Köhnə streotiplərdən azad olmadan  yenilik etmək effekiv yol deyil.

1 0

Şərhlər

Oxşar xəbərlər