Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi keçirilib
25-01-2023, 22:00
3 011

Məktəb direktorlarının diaqnostik qiymətləndirilməsi keçirilib

TehsilForumu.Az - Yanvarın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan direktorların biliyinin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilib.

Mingəçevir şəhəri R.Muradov adına Texniki humanitar liseydə təşkil olunan imtahanda 300 məktəb direktoru iştirak edib.

İmtahan zamanı məktəb direktorlarına 90 dəqiqə müddətində təhsil və əmək qanunvericiliyi üzrə 40 sual təqdim olunub.

Diaqnostik qiymətləndirmənin məqsədi məktəb direktorlarının bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.

Qeyd edək ki, yaxın günlərdə ümumi təhsil müəssisələrində çalışan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinlərinin və eyni zamanda məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin də biliyinin diaqnostik qiymətləndirilməsi imtahanın keçirilməsi nəzərdə tutulur.

#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #DiaqnostikQiymətləndirmə #Direktor
0 0

Şərhlər

Oxşar xəbərlər