Təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini arxa plana keçirib"
16-12-2021, 18:11
532

Təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə işini arxa plana keçirib"

Nadir İsrafilov: “Tərbiyə konsepsiyası” hazırlamaq bu qədərmi çətindir, yoxsa lazımsızdır...?

Sabah Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı təntənəli mərasim keçiriləcək. Maraqlı məruzə və çıxışlar gözlənilir. Mən də həmin tədbirə dəvətliyəm. Fürsətdən istifadə edib, bəri başdan qocaman təhsil ocaqlarımızdan biri olan ADPU kollektivini, onların simasında Respublikamızın bütün təhsil ictimaiyyətini səmimi təbrik edir, təhsilimizin daha da inkişafı və tərəqqisi naminə onlara uğurlar arzulayıram.

2019 cu ilin 26 noyabrında belə bir mərasim Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə də keçirilmişdi. Ümumiyyətlə, bu kimi yubileylərin belə yüksək səviyyədə və geniş auditoriyada keçirilməsi diqqətə və təqdirə layiq olub, təhsilimizə olan qayğı və sayğının bariz nümunəsidir.

Dekabrın 27-nə nəzərdə tutulan tədbir mənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 il bundan qabaq keçirilən mərasimdə çıxışı zamanı “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var" kimi proqram xarakterli mesajını xatırlatdı.

İstəsək də, istəməsək də, razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir.
Axı, hələ antik filosoflar yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq zərurətini ona çəkiblər, tərbiyənin qayəsinin insanlarda olan qabiliyyətləri inkişaf etdirmək olduğunu vurğulayıblar.Qədim Roma filosofu və dövlət xadimi Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər. Hələ sonrakı filosof, pedaqoq və postmodernistləri demirəm.
Əlbəttə, məqsədim heç də klassiklərin və ya müasirlərin əxlaq və bütövlükdə tərbiyə haqqında fikirləri ilə bağlı kiməsə mühazirə oxumaq deyil. Bununla belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir.
Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır, xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir. Nəticəsi də göz qabağında...
Halbuki, bir o qədər də uzaq olmayan keçmişimizdə bizdə belə bir təcrübə olub və bunun müsbət nəticələrinin də bilavasitə şahidi olmuşuq. Heç də təsadüfi deyil ki, Sovet dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, huquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.

Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun dönəmində davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, fiziki tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, huquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.

Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvı aspektli mətnlər salınardı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt hesab edilirdi. Tərbiyə olunan ona tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya və yaş fiziologiyasının əsaslarına xüsusi yer ayrılırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya pedaqoji prosesdən ayrı düşüb, əsla yanılmarıq.

Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq.

Çünki, təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.

2006 – ildə Azərbaycan Respublikasında ümumtəhsil Konsepsiyası ( Milli Kurikulum) sənədi qəbul etmişik. Buna müvafiq Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyasını təsdiq etmişik. Kurikulum sənədində xüsusi olaraq vurğulamışıq ki, ənənəvi təhsil proqramlarının bilik yönümlü olmasından fərqli olaraq kurikulumlar şəxsiyyət yönümlüdür. Ağız dolusu səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsildən danışırıq. Nədir, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil? Nədən bilək ki, biz keçən müddət ərzində səriştəli, şəxsiyyətyönlü nəsil yetişdirməklə məşğuluq?  

Ümumiyyətlə, şəxsiyyətyönlü səriştəliliyin kriteriyalarını bilən varmı?

Neçə illərdir Qiymətləndirmə Konsepsiyasının təkmilləşməsi və yeniləşməsi barədə mülahizələr irəli sürürük. Ancaq hələ də nailiyyətlərimizi şəxsiyətyönümlülüklə deyil, qazandığımız biliklərlə ölçürük – neçə məzun ali məktəbə daxil olub, neçə məzun nə qədər bal toplayıb və s. Çünki, biliyin ölçüyə gələn meyarları var, şəxsiyətyönümlülüyün yoxdur və bu meyarları hazırlamaq barədə düşünən də yoxdur. Məktəb təlim-tərbiyə müəssisəsidir. Elə isə, “Tərbiyə konsepsiyası” hazırlamaq bu qədərmi çətindir, yoxsa lazımsızdır...? 

Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz olayların qarşısını almaqda problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq.
1 0

Şərhlər

Oxşar xəbərlər