Sosial şəbəkələrdə söyüş və təhqirə yol verənlər cəzalandırılmalıdır
20-01-2023, 19:02
350

Sosial şəbəkələrdə söyüş və təhqirə yol verənlər cəzalandırılmalıdır

TehsilForumu.Az- Sosial şəbəkə istifadəçiləri nəinki gənclər müxtəlif yaşlarda olan vətəndaşlar istifadə  edir. Çoxları bundan istifadə zamanı orfoqrafik qaydalara riayət və etik sözlərə əməl  etmirlər. Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır.Əslində  əksəriyyət bütün günü sosial şəbəkələrdən istifadə etdikləri üçün artıq məişət üslubunda necə danışırlarsa elə də yazdıqlarını və ya bildiklərini  deyirlər. Bəziləri bunu vərdiş bəziləri isə vaxta qənaət kimi dəyərləndirir. Əslində hər iki halda diqqətli olmaq lazımdır.Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir: “Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Sosial şəbəkə həyatımızın bir hissəsinə çevrildiyi üçün artıq vırtual dünyanın dili mətbuat dili sayılır. Ziyalısından tutmuş sıravi vətəndaşadək hər kəs orfoqrafik qaydalara və yazılan rəylərə , statuslara fikir verməlidir və ədəbli danışmalıdırlar.
0 0

Şərhlər

Oxşar xəbərlər