44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı .....
20-02-2023, 22:00
353

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı .....

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı .....

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Beləliklə , 44 günlük II Qarabağ savaşında darmadağın olan Ermənistan özünə gələ bilmir. Düşmən ölkədə 11 mindən çox hərbi qulluqçuya qarşı fərarilik maddəsi ilə cinayət işi qaldırılıb. Bu, işğalçı ordunun şəxsi heyətinin hardasa 25%-i deməkdir. Onların arasında yüksək çinli zabitlər də var. Erməni müstəntiqlər işlərə baxıb çatdıra bilmir, hakimlər isə şikayət edirlər. Zəif, hazırlıqsız, başıpozuq, sərxoş, saxta ideyalarla silahlanmış erməni ordusunun başqa cür aqibəti ola da bilməzdi. Erməni ordusunda mənəvi-psixoloji hazırlıq çox zəif idi. Peşəkarlıqdan isə söhbət gedə bilməzdi. Döyüş ruhu isə ümumiyyətlə yox idi. Bunu 2016-cı ilin aprel hadisələrində də gördük. Azərbaycan Ordusu isə çox peşəkar və döyüş əzmi yüksək idi. Azərbaycanda hər kəs döyüşə toy-bayrama gedirmiş gedirdi. Valideynlər övladlarını bu formada döyüşlərə göndərirdi. Ermənistanda isə valideynlər övladlarının döyüşməməsi üçün aidiyyəti orqanların qarşısına yığılırdılar və övladlarının başqa bir ölkənin torpaqları uğrunda nə üçün ölməli olduqları barədə suallar ünvanlayırdılar. Azərbaycan Ordusunun peşəkar olduğunu yaxşı bilirdilər. Digər tərəfdən bu davada haqlı tərəfin biz olduğunu hər kəs anlayırdı. Bunu onlar da yaxşı bilirdi. Məğlubiyyəti ilk günlər aldıqları zərbələrdən anladılar və nəticədə fərarilik baş qaldırmağa başladı. Əsgərləri saxlaya bilmirdilər. Silahlarını qoyub qaçırdılar. Halbuki silah hərbçinin namusudur. Döyüş bayraqlarını atıb gedirdilər. Əsgərlərimiz isə yaralılarımızı, şəhidlərimizi götürüb qayalarla Şuşaya dırmaşırdı. Döyüş ruhu budur. 2016-cı ilin aprelindən dərs götürməli idilər, götürmədilər və 44 günlük Vətən müharibəsində darmadağın oldular.Dövlətimizin başçısı qeyd edib: “Biz işğalçı müharibə aparmırdıq. Bu səbəbdən Ordumuzda döyüş meydanını tərk edən bir nəfər də yox idi. Şəhərlərimizin və kəndlərimizin “İsgəndər” raketləri ilə atəşə tutulduğu 44 gün ərzində heç kim döyüş meydanını tərk etmədi. Ermənistanda isə 11 min fərari var idi. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında məğlub olurdular, çünki onlar işğalçı müharibə aparırdılar. Onların motivasiyası yox idi”.Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb və 44 günlük Vətən müharibəsində bunu bir daha bütün dünyaya sübut etdi. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, ancaq düşmən ordusu geri getməyə məcbur oldu. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur.
Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Bütün dünyaya sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə dövründə də ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirir. Bundan sonra da Dövlətimizin başçısı çıxışında daha sonra Hadrutda qəhrəman Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqada­sının hərbi hissəsinin açılışında iştirak etdiyini, hərbçilər qarşısında yeni vəzifələr qoyduğunu bildirməklə, Ermənistana və havadarlarına bir daha mesaj ünvanladı: Azərbaycan bundan sonra da ərazisini qorumaq üçün ordusunu gücləndirəcək, müasirləşdirəcək, istənilən təhdid və təzyiq qarşısında qəti sözünü deyəcək ......!

YAP Quba Rayon Təşkilatının fəal üzvü Nigar Əli qızı Məmmədova
0 0

Şərhlər

Oxşar xəbərlər