İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər
17-06-2022, 14:38
447

İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər

İctimai Şuranın üzvləri Quba filialında imtahan prosesini izləyiblər

TehsilForumu.Az xəbər verir ki, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, Filialda yaradılan Ictimai Şuranın üzvləri - Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba 5 saylı Regional “Mətbuat yayımı” idarəsinin rəisi, şair Ramiz Qusarçaylı, Quba Dövlət Sosial İqtisad Kollecinin direktoru Cəvahir İskəndərova, Quba şəhər Azad Məmmədov adına 2 saylı tam orta məktəbin direktoru Eynulla Camalov, Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, valideynlər Fikrət Babayev, Vasif İlyasov, Feyzullayeva Zahide və digərləri imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris, tərbiyə fəaliyyəti ilə tanış olublar.


YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova da görüş zamanı tələbələrə uğurlar arzu edib, dos. Y.Alıyevlə gənclərin inkişafı istiqamətində fikir mübadiləsi aparıb. 


Sonda tələbə gənclərlə xatirə şəkli çəkdirilib, filialın tədris korpusu ilə tanışlıq olub, yeni quraşdırılan turniket sistemi təqdim olunub.İctimai şuranın üzvləri görkəmli şair Ramiz Qusarçaylı, Eynulla Camalov, Cəvahir İskəndərova bir daha filialda son dövrlər aparılan yeniliklər, irəli sürülən layihələrdən xəbərdar və məmnun olduqlarını ifadə ediblər.


Qeyd edək ki, İctimai Şura Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində filialda  tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi üçün İctimai Şuranın yaradılmasını təmin etmək  məqsədilə, həmçinin filialda  vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən, imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə yaradılıb.



0 0

Şərhlər

Oxşar xəbərlər