AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN QUBA FİLİALINDA DOSENT YUSİF ALIYEVİN 3 İLLİK FƏALİYYƏTİ DÖVRÜNÜN HESABATINA HƏSR EDİLƏN TƏDBİR KEÇİRİLİB Tədbirdə filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.
9-09-2022, 10:46
455

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN QUBA FİLİALINDA DOSENT YUSİF ALIYEVİN 3 İLLİK FƏALİYYƏTİ DÖVRÜNÜN HESABATINA HƏSR EDİLƏN TƏDBİR KEÇİRİLİB Tədbirdə filialın professor-müəllim və tələbə kollektivi iştirak edib.

TehsilForumu.Az xəbər verir ki, Tədbiri giriş sözü ilə ADPU-nun Quba filialının Tədris şöbəsinin müdiri Mələk Bağırova açıq elan edib, direktor dosent Yusif Alıyevi bütün kollektivin adından səmimi-qəlbdən təbrik edib, uğurlar arzulayıb.


Daha sonra dosent Yusif Alıyevin filialda 3 illik fəaliyyəti dövrünə həsr edilən videoçarx nümayiş etdirilib. Qeyd edək ki, videoçarx Şimal regionunun ən baxımlı kanalı olan “Qafqaz” Tv-nin köməkliyi ilə ərsəyə gəlib.


Sonra tədbirdə ADPU-nun Quba filialının Tədris və elmi işlər üzrə direktor müavini t.ü.f.d İsmayıl Mahmudov “ADPU-nun Quba filialında inkişafın təməlində subardinativ idarəetmə məsələləri dayanır” mövzusunda, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva “Tədrisdə keyfiyyətin təminatı məsələləri, tələbələr arasında aparılan sorğuların nəticələri” mövzusunda, Strateji məsələlər üzrə məsləhətçi Şəhriyar Laçınov “Filialın kadr təminatı” mövzusunda, Kitabxana və elektron resusrlar şöbəsinin müdiri Samirə Hacıyeva “Filialın kitabxana fondunun yenilənməsi” mövzusunda, direktor köməkçisi Mürvət Əliyev “Filialın maddi texniki bazasının inkişafı, təmir, tikinti və abadlıq işləri” mövzusunda, ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d. Aysel Şeydayeva “Filailda dosent Yusif Alıyevin rəhbərliyi ilə tələbələrin inkişafı istiqamətində aparılan işlər” mövzusunda çıxış edərək bildiriblər ki, onu deməyə əsas verir ki, dosent Yusif Alıyev filialın tarixi, bu günü üçün sarsılmaz bir fəaliyyətlə, əzmlə çalışmağı qarşısına məqsəd kimi qoymuşdur. Bu səbəbdən də dos.Y. Alıyev filiala direktor təyin olunduğu gündən bu yana irəli sürdüyü ideya və təşəbbüslərlə, həyata keçirdiyi yeniliklərlə bütün kollektivin-tələbə və əməkdaşların yüksək hörmətini qazanıb. 


Son 3 ildə görülən işlər onu deməyə əsas verir ki, hazırda dosent Y.Alıyevin rəhbərliyi ilə filialda innovativ idarəetmə vasitəsilə yaradılan subardinativ, səmərəli və insanyönümlü, texnologiya əsaslı fəaliyyət sistemi uğurla həyata keçirilir. Bununla da təhsil sahəsində uğurlu nəticələrin reallaşmasında filial kollektivi ilə tələbələr arasındakı məsafə qısalır və ünsiyyət şəffaflaşır. Filialda isə bu uğurlu nəticəyə, tədris prosesinin müasirləşdirilməsinə bütün strukturların birgə yanaşması, komanda ruhunun yaradılması və yeni ideyaların tətbiq edilməsi, tədris-təlim keyfiyyətinin yüksəldilməsi və bu proseslərlə tələbələrin məmnunluğunun artırılması ilə nail olmaq olur. Sadalananlar isə bilavasitə filial direktorunun səyi ilə əldə edilir.


 Bundan əlavə məzun olan tələbələrimiz sırasından magistratura imtahanlarında uğurlu nəticələr göstərərək, filial tarixində ilk dəfə olaraq 2019/2020-ci tədris ilində 9 tələbə və 1 nəfər əməkdaşımız, 2021/2022-ci tədris ilində 21 nəfər tələbə və 2 nəfər əməkdaşımız, və 2022/2023-cü tədris ilində isə filialın 16 nəfər tələbəsi magistratura imtahanlarında uğur əldə edərək həm respublikanın, həm də xarici ölkələrin müxtəlif universitetlərinə qəbul oldu. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, hazırda ixtisas sayı 10-a qaldırılmışdır. 2019-cu il 29 avqust tarixində filiala dosent Y.Alıyev direktor təyin edildikdən sonra isə filial tarixində yeni səhifə açılmış, inkişafın yeni modeli tətbiq edilmişdir. 


2020/2021-ci tədris ilində filialda dosent Yusif Alıyevin təşəbbüsü ilə yeni "Sosial iş", "Riyaziyyat müəllimliyi", "Tarix müəllimliyi", "Coğrafiya müəllimliyi" ixtisasları açılmış, 2022/2023-cü tədris ilində isə filialda “İngilis dili müəllimliyi” ixtisası yaradılmışdır.


Daha sonra ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekanı f.f.d. Qələmşah İdrisov, Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, Ədəbiyyat və dillər kafedrasının müəllimi fil.üz.fəls.dok. Aytən Qurbanova filialın 3 illik uğurlu fəaliyyəti münasibətilə, dosent Yusif Alıyevi və bütün kollektivi təbrik ediblər.

Təbriklərdən sonra söz ADPU-nun Quba filialının direktoru dosent Yusif İmrayıl oğlu Alıyevə təqdim edilib.Dos.Y.Alıyev bundan sonrakı fəaliyyət hesabatlarının bilavasitə filialın strateji inkişaf planı ilə əlaqədar olacağını vurğulayıb.


 Qeyd edib ki, təhsil cəmiyyətə açıq yeganə sahədir. İradlar deyilməli, nöqsanlar göstərilməlidir. Biz də öz növbəmizdə onları aradan qaldırmaq üçün çalışmalıyıq.Lakin bütün bunlarla bərabər görülən işlər, çəkilən zəhmətlər də vurğulanmalı, filialın inkişafı, tanıtdırılması da hamının bir nəfər kimi marağında və diqqətində olmalıdır. Təhsil sahəsində görülən işlər göz qabağındadır. Əlbəttə, təhsil siyasətinin başında güclü iradə olmasa, belə nəticələr qazana bilməzdik. Bundan sonra da filialın ümumi inkişafı istiqamətində uğurlu addımlar atılacaq, layiqli kadrlar öz yerini tutacaqdır. 

Daha sonra qeyd edib ki, filialda bu ildən etibarən Şəhid Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova da işə başlayacaqdır. Günel Məlikovanı yeni işə başlaması münasibətilə təbrik edib, hər zaman bütün şəhidlərimizə, onların ailə üzvlərinə hər zaman borclu olduğumuzu vurğulayıb, Filialda da bu istiqamətdə yetəri qədər iş aparıldığını deyib. Filialda Qazi İsmət Əhmədovun da bu tədris ilindən tam ştat müəllim kimi fəaliyyətini də qeyd edərək, bütün əməkdaşlara uğurlar arzu edib.

Sonda bütün kollektivin iştirakı ilə xatirə şəkli çəkdirilib və çay süfrəsi ətrafında simvolik tort kəsilib, səmimi söhbət aparılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər