İctimai şuranın üzvləri Quba filialında imtahan prosesini izləyib
25-01-2023, 16:00
363

İctimai şuranın üzvləri Quba filialında imtahan prosesini izləyib

25 yanvar 2023-cü il tarixində İctimai şuranın üzvləri filialda keçirilən imtahanlarda iştirak edib, imtahanların keçirilməsi qaydaları, tələbələrin imtahanlara hazırlığı ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində filialda vətəndaş cəmiyyəti platformasının resurslarından geniş istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb.İctimai şuranın tərkibində Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba Dövlət Sosial İqtisad Kollecinin direktoru Cəvahir İskəndərova, Quba Tibb Kollecinin direktor müavini Nəzrin Əliyeva, Quba FRİTL direktoru Kamran Əliyev filialın rəhbərliyi, İmtahan qərargahı ilə birlikdə imtahanların gedişini, apellyasiya prosesini izləyiblər. 

Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev qonaqların diqqətinə çatdırıb ki, 5 yanvar 2023-ci il tarixindən  ADPU-nun Quba filialında 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Filialda  imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahanlar müddətində həm də valideynlərin, ictimaiyyət nümayəndələrinin və Filialın İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin edilib. Qeyd edib ki, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrların hazırlanması üçün ictimai nəzarətin təmin edilməsi çox önəmlidir.
0 0

Şərhlər

Oxşar xəbərlər