Direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
7-05-2024, 14:30
200

Direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

TehsilForumu.Az xəbər verir ki , görə orta ixtisas təhsil müəssisələrində yoxlamalar davam edir. Bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatı : 

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Bildiririk ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb. Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
0 0

Şərhlər

Oxşar xəbərlər