Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı...
18-05-2024, 10:30
387

Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı...

TehsilForumu.Az - a verilən məlumata görə Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar. 

11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər. 

Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.

Uğurlar arzulayırıq!
1 0

Şərhlər

Oxşar xəbərlər