1250 nəfərin iştirakı ilə keçirilən möhtəşəm Beynəlxalq Təhsil Forumu - ƏTRAFLI
15-05-2024, 15:00
255

1250 nəfərin iştirakı ilə keçirilən möhtəşəm Beynəlxalq Təhsil Forumu - ƏTRAFLI

TehsilForumu.Azxəbər verir ki, 12.05 2024 - cü tarixində Təhsil Forumu sosial platformasının 5 illiyi münasibətilə 1250 nəfərin iştirakı ilə keçirilən Beynəlxalq Təhsil Forumu keçrildi.

Forumda bir çox ölkələrdən spikerlər iştirak edib.

MƏLUMAT 

Finlandiya üzrə spikerimiz Kaisa Hahl, Sinqapur üzrə spikerimiz Eugene Seah, Çin üzrə spikerimiz Fangzheng Zhu, Türkiyə üzrə İbrahim Evirgen və Azərbaycan üzrə spikerimiz Böyükağa Mikayıllı aşağıdakı mövzular üzrə öz ölkələrinin metodlarını təqdim etdi:
  ● Direktor və direktor müavinləri üçün - Məktəb işinin təşkili və idarə olunması,
 ● Bütün fənn müəllimləri üçün - Müəllim-şagird münasibətlərinin qurulması, 
 ● Psixoloqlar üçün - Şagirdlərə psixoloji yanaşma, 
 ● Sinif rəhbərləri üçün - Sinfin idarə olunması və disiplinin qorunması,
 ● Bağça müəllimləri üçün - Məktəbəqədər təhsil sisteminin qurulması.

Sonda Forumda iştirak edən müəllimlərə hədiyyələrlə yanaşı onlara sertifikatlar təqdim edilib.Müəllimlər üçün möhtəşəm bir tədbir keçirilib.

Onlar Forumun rəhbəri Emil Tağızadeyə  minnətdarlqlarını bildirdilər və bu cür Forumların
tez - tez keçrilməsini öz istəklərində bildirdilər.

Müəllim adına layiq olan müəllimlərə uğurlar olsun !





.
0 0

Şərhlər

Oxşar xəbərlər