ORTA İXTİSAS DÖVLƏT TƏHSİLİ MÜƏSSİSƏSİNİN , Pedaqoji Şura iclaslarının  təşkili - QAYDALAR
12-02-2023, 18:25
3 515

ORTA İXTİSAS DÖVLƏT TƏHSİLİ MÜƏSSİSƏSİNİN , Pedaqoji Şura iclaslarının təşkili - QAYDALAR

1 .Orta ixtisas təhsili müəssisələrində təlim-tərbiyə və metodiki işin, təhsil müəssisəsinin fəaliyyətinin digər məsələlərinin müzakirəsinin kollegiallığını təmin etmək üçün direktorun əmri ilə məşvərətçi orqan olan pedaqoji şura yaradılır.

2. Şuranın əsas vəzifəsi orta ixtisas təhsili müəssisəsi kollektivinin fəaliyyətini aşağıdakı istiqamətlərdə birləşdirməkdən ibarətdir:

- orta ixtisas təhsili proqramları həcmində lazımi nəzəri və təcrübi biliyə malik, vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə olunmuş kiçik mütəxəssislər hazırlanması;

- müasir istehsalın, elm və texnikanın, mədəniyyətin inkişaf perspektivlərini nəzərə almaqla mütəxəssis hazırlığının keyfiyyətinin müntəzəm təkmilləşdirilməsi;

- tələbələrdə Vətənə məhəbbət və onun müdafiəsinə hazır olmaq hissinin tərbiyə edilməsi;

- tələbələrin fiziki hazırlığını təmin edən və sağlamlıqlarının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirilməsi və sair məsələlər.

3. Şuranın tərkibi direktordan, direktor müavinlərindən, müəllimlərdən, filial və şöbə müdirlərindən, fənn komissiyasının sədrlərindən, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq müəllimlərindən, kitabxana müdirindən ibarət tərkibdə təşkil edilir. Şuranın tərkibinə tədris-istehsalat emalatxanalarının müdirləri, həmkarlar təşkilatlarının, baza, idarə, müəssisələrin nümayəndələri də daxil edilə bilər. İstənilən halda müəllim şura iclasında iştirak edə bilər və ya digər nümayəndələr.

4. Orta ixtisas təhsili müəssisəsində ştat üzrə 40-dan çox müəllim olduğu halda şuranın tərkibi fənn (ixtisas) komissiyasının seçkili təqdimatı əsasında təşkil edilir.

Fənn komissiyalarının üzvləri həmin komissiyaların iclaslarında müəyyən edilmiş qaydada seçilirlər. Bu halda pedaqoji şura üzvlərinin sayı pedaqoji kollektivin üzvlərinin ümumi sayının üçdə ikisindən az olmayaraq müəyyən edilir.QEYD: Şuranın üzvü olmayan pedaqoji işçilər ayrı-ayrı məsələlərin müzakirəsi zamanı şuranın iclaslarına dəvət edilə bilər.

5. Pedaqoji şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul edir:

- kiçik mütəxəssislərin hazırlanması barədə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, təsisçi təşkilatların əmr, sərəncam, qərar və təlimatlarını yerinə yetirmək üçün tədbirlərin hazırlanması;

- təlim-tərbiyə və metodiki işin vəziyyəti və yekunlarını, gündüz, axşam və qiyabi təhsil formalarında təlim üsullarının təkmilləşdirilməsi. Təlimin nəzəri və təcrübi əlaqələndirilməsinin gücləndirilməsi;

- filialların, şöbələrin və digər bölmələrin işinin gedişi və yekunları, həmçinin sinif rəhbərlərinin və tədris müəssisəsinin başqa işçilərinin hesabatları;

- mədəni-kütləvi, hərbi idman işlərinin vəziyyəti;

- təhsil müəssisəsinin təlim-tərbiyə işlərinin planı;

- təhsil müəssisəsinin inkişaf planı və maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri;

- fənn (fənn birləşmə) komissiyalarının və qabaqcıl müəllimlərin iş təcrübələrinin öyrənilməsi;

- təlim və tərbiyənin aktual problemləri üzrə müəllim və digər işçilərin məruzələri;

- müəllimlərin, istehsalat təlimi ustalarının, pedaqoji təcrübə rəhbərlərinin və eyni zamanda istehsalatda çalışan orta ixtisas təhsili mütəxəssislərinin ixtisas hazırlığının yüksəldilməsi məsələləri;

tələbələrin təcrübə-konstruktor işinin, texniki və bədii yaradıcılığı üzrə işin vəziyyəti, əməyin mühafizəsi məsələləri;

- semestr, kursdan-kursa keçirmə, dövlət imtahanları və diplom layihələri müdafiəsinin təşkili və keçirilməsi və tələbələrin semestr və tədris ili ərzində tələbələr sırasından xaric edilməsi;

- tələbələrin intizamının vəziyyəti və onların təltif olunması. Adlarının şərəf lövhəsində yazılması;

- tələbələrin zəif oxumaları, dərs intizamının və daxili intizam qaydalarını pozmağa görə xaric edilməsi, həmçinin ayrı-ayrı hallara bərpa olunması məsələləri, tələbə qəbulu və mütəxəssis buraxılışının, təkmilləşdirilməsi məsələləri;

6. Lazım gəldikdə ayrı-ayrı müəllimlərin ixtisasının tədris müəssisəsində yerinə yetirdiyi pedaqoji və tərbiyə işinə uyğunluğu məsələsi pedaqoji şuranın müzakirəsinə çıxarıla bilər.  
AZƏRBAYCAN RESPUBLİKASI

ƏDLİYYƏ NAZİRLİYİNDƏ

QEYDƏ ALINMIŞDIR

Qeydiyyat №__33__

"__"_________ 1997-ci il

 

Nazir əvəzi_______________

                      S. C.HƏSƏNOVA

 

TƏHSİL NAZİRLİYİNİN

 

"124" saylı 25.02 1997-ci il

tarixli əmri ilə təsdiq

edilmişdir

 

Nazir_________________

           L.X.RƏSULOVA

 

 

 

ORTA İXTİSAS DÖVLƏT TƏHSİLİ MÜƏSSİSƏSİNİN PEDAQOJİ ŞURASI HAQQINDA

 

Ə S A S N A M Ə

 

1. Orta ixtisas təhsili müəssisələrində təlim-tərbiyə və metodiki işin, təhsil müəssisəsinin fəaliyyətinin digər məsələlərinin müzakirəsinin kollegiallığını təmin etmək üçün direktorun əmri ilə məşvərətçi orqan olan pedaqoji şura yaradılır.

2. Şuranın əsas vəzifəsi orta ixtisas təhsili müəssisəsi kollektivinin fəaliyyətini aşağıdakı istiqamətlərdə birləşdirməkdən ibarətdir:

- orta ixtisas təhsili proqramları həcmində lazımi nəzəri və təcrübi biliyə malik, vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə olunmuş kiçik mütəxəssislər hazırlanması;

- müasir istehsalın, elm və texnikanın, mədəniyyətin inkişaf perspektivlərini nəzərə almaqla mütəxəssis hazırlığının keyfiyyətinin müntəzəm təkmilləşdirilməsi;

- tələbələrdə Vətənə məhəbbət və onun müdafiəsinə hazır olmaq hissinin tərbiyə edilməsi;

- tələbələrin fiziki hazırlığını təmin edən və sağlamlıqlarının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirilməsi və sair məsələlər.

3. Şuranın tərkibi direktordan, direktor müavinlərindən, müəllimlərdən, filial və şöbə müdirlərindən, fənn komissiyasının sədrlərindən, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq müəllimlərindən, kitabxana müdirindən ibarət tərkibdə təşkil edilir. Şuranın tərkibinə tədris-istehsalat emalatxanalarının müdirləri, həmkarlar təşkilatlarının, baza, idarə, müəssisələrin nümayəndələri də daxil edilə bilər.

4. Orta ixtisas təhsili müəssisəsində ştat üzrə 40-dan çox müəllim olduğu halda şuranın tərkibi fənn (ixtisas) komissiyasının seçkili təqdimatı əsasında təşkil edilir.

Fənn komissiyalarının üzvləri həmin komissiyaların iclaslarında müəyyən edilmiş qaydada seçilirlər. Bu halda pedaqoji şura üzvlərinin sayı pedaqoji kollektivin üzvlərinin ümumi sayının üçdə ikisindən az olmayaraq müəyyən edilir.

QEYD: Şuranın üzvü olmayan pedaqoji işçilər ayrı-ayrı məsələlərin müzakirəsi zamanı şuranın iclaslarına dəvət edilə bilər.

5. Pedaqoji şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul edir:

- kiçik mütəxəssislərin hazırlanması barədə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, təsisçi təşkilatların əmr, sərəncam, qərar və təlimatlarını yerinə yetirmək üçün tədbirlərin hazırlanması;

- təlim-tərbiyə və metodiki işin vəziyyəti və yekunlarını, gündüz, axşam və qiyabi təhsil formalarında təlim üsullarının təkmilləşdirilməsi. Təlimin nəzəri və təcrübi əlaqələndirilməsinin gücləndirilməsi;

- filialların, şöbələrin və digər bölmələrin işinin gedişi və yekunları, həmçinin sinif rəhbərlərinin və tədris müəssisəsinin başqa işçilərinin hesabatları;

- mədəni-kütləvi, hərbi idman işlərinin vəziyyəti;

- təhsil müəssisəsinin təlim-tərbiyə işlərinin planı;

- təhsil müəssisəsinin inkişaf planı və maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri;

- fənn (fənn birləşmə) komissiyalarının və qabaqcıl müəllimlərin iş təcrübələrinin öyrənilməsi;

- təlim və tərbiyənin aktual problemləri üzrə müəllim və digər işçilərin məruzələri;

- müəllimlərin, istehsalat təlimi ustalarının, pedaqoji təcrübə rəhbərlərinin və eyni zamanda istehsalatda çalışan orta ixtisas təhsili mütəxəssislərinin ixtisas hazırlığının yüksəldilməsi məsələləri;

tələbələrin təcrübə-konstruktor işinin, texniki və bədii yaradıcılığı üzrə işin vəziyyəti, əməyin mühafizəsi məsələləri;

- semestr, kursdan-kursa keçirmə, dövlət imtahanları və diplom layihələri müdafiəsinin təşkili və keçirilməsi və tələbələrin semestr və tədris ili ərzində tələbələr sırasından xaric edilməsi;

- tələbələrin intizamının vəziyyəti və onların təltif olunması. Adlarının şərəf lövhəsində yazılması;

- tələbələrin zəif oxumaları, dərs intizamının və daxili intizam qaydalarını pozmağa görə xaric edilməsi, həmçinin ayrı-ayrı hallara bərpa olunması məsələləri, tələbə qəbulu və mütəxəssis buraxılışının, təkmilləşdirilməsi məsələləri;

6. Lazım gəldikdə ayrı-ayrı müəllimlərin ixtisasının tədris müəssisəsində yerinə yetirdiyi pedaqoji və tərbiyə işinə uyğunluğu məsələsi pedaqoji şuranın müzakirəsinə çıxarıla bilər.

 

QEYD: Ayrı-ayrı müəllimlərin ixtisasının tədris müəssisəsində yerinə yetirdiyi pedaqoji və tərbiyə işinə uyğunluğu məsələsi direktor tərəfindən yaradılmış təcrübəli müəllimlərdən ibarət komissiyanın materialları əsasında pedaqoji şuranın müzakirəsinə çıxarılır. İşin müzakirəsi zamanı nəzərdə tutulan müəllimlərin pedaqoji şuranın iclasında iştirak etmək hüquqları vardır. İclasın vaxtı barədə onlara ən azı 7 gün əvvəl məlumat verilir.

 

7. Şuranın tərkibi orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə bir il müddətinə təsdiq edilir. Şuranın üzvləri arasından açıq səsvermə yolu ilə şuranın katibi seçilir.

8. Şuranın işi hər tədris ili üçün tərtib edilmiş plan üzrə aparılır. Müzakirə edilib bəyənildikdən sonra iş planı orta ixtisas təhsili müəssisəsinin direktoru tərəfindən təsdiq edilir.

9. Şura iki aydan gec olmayaraq toplanır. Şuranın üzvləri iclasın gündəliyi ilə iclasa çıxarılan məsələlərə aid materiallarla və qərar layihələri ilə qabaqcadan tanış edilirlər.

Müzakirə olunan məsələlər barəsində müddəti və yerinə yetirilməsinə məsul şəxslər göstərilməklə müvafiq qərar qəbul edirlər.

10. Şuranın qərarı sadə səs çoxluğu ilə qəbul edilir, (50%+1%; Şuranın Sədri həlledici səsə malikdir) direktor tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və icrası məktəbin bütün işçiləri və tələbələri üçün məcburidir. Şura ilə direktor arasında fikir ayrılığı olarsa, direktor təsisçi təşkilata məlumat verir. Şura üzvləri də öz rəylərini təsisçiyə bildirə bilər.

11. Şuranın hər bir üzvü şuranın bütün iclaslarında olmaqla, onun işində fəal iştirak etməyə, ona verilən bütün tapşırıqları vaxtında və qüsursuz yerinə yetirməyə borcludurlar.

12. Şuranın iclaslarının gedişi protokollaşdırılır. Protokolu şuranın sədri və katibi imzalayır. hər bir protokolda onun nömrəsi, tarixi, iştirak edənlərin sayı, iclasın gündəliyi, müzakirə olunan hər bir məsələ barəsində çıxışların qısa, lakin aydın məzmunu və qərarlar qeyd edilməlidir. Pedaqoji şuranın qərarları tədris müəssisəsində saxlanılır və təhvil-təslim vaxtı aktla təhvil verilir.

13. Şuranın sədri qəbul olunmuş qərarların yerinə yetirilməsinin yoxlanılmasını müntəzəm təşkil etməli, yoxlamanın nəticəsini şuranın müzakirəsinə çıxarmalıdır.

 
0 0

Şərhlər

Oxşar xəbərlər