"Emin Əmrullayevin təhsildəki problemləri açıq şəkildə deməsi təqdirəlayiqdir"
24-11-2022, 12:14
341

"Emin Əmrullayevin təhsildəki problemləri açıq şəkildə deməsi təqdirəlayiqdir"

"Elm və təhsil naziri Emin Əmrullayevin təhsildəki problemləri açıq şəkildə deməsini təqdirəlayiq hesab edirəm".

TehsilForumu.Az xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, sosial şəbəkə üzərində kəskin etirazları bəzən baş düşmək olmur:

"Şəxsən mən şirin yalandansa, acı həqiqəti daha üstün tuturam. Təhsil sahəsində köklü problemləri açıq şəkildə ifadə etməyi bu sahə üzrə cavabdeh olan nazirin özündən eşitməyi alqışlayıram. İstənilən problemi, o cümlədən, təhsil sahəsində olan problemləri həll etmək üçün ilk növbədə, problemi görmək, daha sonra o problemi yaradan səbəbləri aradan qaldırmaq lazımdır".
0 0

Şərhlər

Oxşar xəbərlər