İBTİDAİ TƏLİMDƏ MOTİVASİYA - Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur
27-12-2023, 15:19
805

İBTİDAİ TƏLİMDƏ MOTİVASİYA - Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur

  “Xalqımızı, millətimizi, gənclərimizi, tariximizə,
mədəniyyətimizə,ənənələrimizə uyğun tərbiyə etmək, 
 təhsilin istiqaməti, məktəblərimizin, müəllimlərimizin borcudur”. 
H.Ə.Əliyev
            Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin gələcəyi və müstəqilliyinin mühüm şəhtidir. İxtisasını mükəmməl bilən,bacarıqlı,ideyaca saf mənəviyyatca pak ,özünə qarşı tələbkar ,şəriştəli peşəkar müəllim cəmiyyətin üğürunun təminatcısıdir. Təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilən səriştəli yanaşma təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinin əsas vasitəsidir. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir ki,bunlar pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü təmin etməklə təhsilalanların təfəkkürünün və şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur. Müəllimin peşəkarlığı və səriştəliliyi müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə səriştəli yanaşmasıdır.
“İbtidai təlimdə motivasiya” (Bakı, «İmza» nəşrlər evi, 2023, 256 səh.)kitabının həmmüəllifləri:Şahrza Ağayev ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru,Qabaqcıl təhsil işçisi, Nərgiz Həsənova Bərdə rayonu Ələddin Dadaşov adına Xanagali kənd tam orta məktəbin direktoru,Əməkdar müəllim,kitabın Elmi redaktor: Fərrux Rüstəmov pedaqogika üzrə elmlər doktoru, ADPU nin professoru, Əməkdar elm xadimidir. Rəyçilər: Müseyib İlyasov pedaqogika üzrə elmlər doktoru, ADPU-nun professoru,Əməkdar müəllim, Qızxanım Qəhrəmanova psixologiya üzrə elmlər doktoru, ADPU-nun professoru.
      Müəllimə kömək,onun fəaliyyətinə verilən düzgün istiqamət, metodik köməkliliyə ciddi ehdiyac olduğu bir vaxta məhz təhsilin bünövrəsi ola “İbtidai təlimdə motivasiya” kitabı elmi,nəzəri və praktin formada problemin həllinə verdiyi töhfə Uğurlu təhsilə dəstəkdir.
       Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir.
  Kitab müəlliflərinin qeyd etdiyi kimi :-Azərbaycan təhsilinin beynalxalq standartlar səviyyəsində qurulması və inkişaf etdirilməsi ilk növbədə ibtidai sinif müəllimlərinin motivasiyasını şərtləndirən ümümi hazırlıq səviyyəsindən, peşakarlığından, müasir tələblərə cavab vermələrindən, ixtisasartırma təhsilinin keyfiyyətindən çox asılıdır. Qazanılan biliyin həyatı bacarıqlara tronsformasiyasına nail olmaq səviyyəsi infarmasiyadan faydalanan dərəcəsini müəyyən edir. Məhz buna görə müəllimin özünətəhsilyolu ilə biliklərə yiyələnmək formasına daha çox diqqət ayrılmalıdır. Öyrənməyi öyrətmək şagirdləri təlim əməyinə alışdırmaq yeni pedaqoji texnalogiyaların tətbiqi zəruri etmişdir. Müəllim pedaqoji fəaliyyətini Təhsil qanunda təsbit olunmuş aşağıdakı maddələrə müvafiq qurmalıdır. İbtidai təlim ümumtəhsil məktəbinin çətin və məsul bir dövrüdür.İbtidai təhsil cəmiyyət üçün əsas amilidir. Dərsdə şagirdlərin təfəkkürünün fəallığı, yəni onların tələbi həmişə əsas məqsəd olmuşdur.Təcrübə göstərir ki, pedaqoji dəstəyin müəllimin şagirdə, şagirdin özü-özünə inamı və etibarı zəminində təşkili təhsilalanlarda fəallığın yaranmasına, özünütəhrikə və motivlərəyol açır. Buna görə də müəllimin vaxtında və məzmunlu şəkildə motivasiyadan səmərəli istifadəsi olduqca faydalıdır. Səriştəlilik-müəllimin bilik, bacarıq və vərdişmənimsəmək qabiliyyətidir. Peşəkarlıq isə müəllimin peşəfəaliyyətinin əsası olub motivasiya ilə şərtlənir.Motivasiya - özünü və başqalarını şəxsi və ya ictimaiməqsədlərə nail olunması üçün fəaliyyətə yönəltmə prosesidir.Bu, insan fəaliyyətinin təşkilidir. Motivasiyadanmüəllim fəaliyyət zamanı danışarkən tələbat, ehtiyac və mükafatlandırma kimi əlaqəli anlayışlarından geniş istifadə olunur.Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindənasılı olaraq özünəxas formaya düşmüş ehtiyacları nəzərdə tutulur. Ehtiyac - insanın müəyyən bir məqsədə xidmət edəcəknəyinsə çatışmamazlığmı hiss etmək qabiliyyətidir.
       Qeyd edildiyi kimi:- Motivləşdirmə-anlayışı çox geniş aspektlidir:-zərurət, motivlər, məqsədlər, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma, məramlar.Lakin “motivləşdirmə” latın sözü olub “sövqetmə“, “oyatmaq” mənası verir. Motivasiya insan münasibətlərinə istiqamət verən ən önəmli faktorlardan biridir. Formasından asılı olmayaraq bütün müəssisələr, qurum və təşkilatların ortaq hədəfi insanların fəaliyyətlərini öz məqsədlərini gerçəkləşdirməyə yönəltməkdir. İşdən asılı olmayaraq nəticə etibarı ilə istənilən məqsəd işin heyata keçirilməsdir. Motivasiya insanın daxili və xarici amillərin təsiri altında müəyyən bir davranışa və fəaliyyətə cəlb edilməsinin mürəkkəb prosesidir. O, uşağın daxili dünyasının çoxmərhələli qarşılıqlı əlaqəsinin, onun ehtiyaclarını ödəyə biləcək stimulların nəticəsidir.Motivlərin başqalarının təsiri ilə yaranan xarici, yaxud özünün daxilindən gələn, təşəbbüsü ilə yaranan daxili motivlər olması da, təhsilalanların səriştəyə yiyələnmələrində və peşəkarlığının artırılmasında başlıca əhəmiyyət daşıyır.Motivasiyanın tətbiq edilməsi davamlı proses olub,hərəkətə gətirmək; hərəkətin və ya davranışların məqsədyönlü idarə edilməsi; hərəkətin davamlılıq mərhələləri üzrə əməliyyatların məcmusudur.Motivedici faktorlara müvəffəqiyyət hissi, tanınma, məsuliyyət, işin inkişafı və fərdi inkişaf, yüksəlmə aiddir.Motivəedici faktorlar öyrənənlərin motivasiya və məmnunluq hissilərinin ifadəsidir. Buna görə çalışanların bu faktorları açıqca görmələri və hiss etmələri motivə olmalarına səbəb olacaqdır. Motivləşdirmə anlayışı çox istiqamətlidir. Bu anlayışı ehtiyac, məqsəd, arzu, istək, ehtiras, tələbat, sövqetmə,zərurət, mükafatlandırma və s.kimi ifadə edirlər.Təlimdə motivasiya onun səmərə və keyfiyyətinəyönələrək metodların düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır.Yüksək motivasiya olunmuş öyrənənlərlə qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş öyrənənlərlə təlimin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur. Bütün öyrənənlər motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim öyrənənlərin öyrənmə həvəsini tənzimləmə bacarığına malik olmuş olur. Təhsilalanlarla motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir. Motivasiya haqqında nəzəriyyələr onun iki növünü qeyd edir: daxili (təbii) motivasiya və xarici motivasiya. Daxili motivasiya özündə daxili motivasiya faktorlarını, xarici motivasiya isə xarici motivasiya faktorlarını cəmləşdirir. Daxili faktorlara öyrənənlərin özlərinin daxili ehtiyaclarını, maraqlarını aid etmək olar. Daxili tələbatlar və maraqlar təhsilalanların motivasiyasının davamlılığını, uzun müddətliyini, dayanıqlığını təmin edir. Motivasiya məktəbdəki şagirdlərin davranışını, qərarlılığını, fəaliyyətini müəyyənləşdirən ən önəmli güc mənbələrindən biridir. Öyrənmək üçün hər şagird öyrənmə- öyrətmə prosesinə könüllü qatılmaq, öyrənmənin tələb etdiyi qaydalara tabe olmağa məcburdur. Motivasiyanı müəyyən məqsədlərə çatmaq üçün güc qazanma halı olaraq görərkən, sinifdə kifayət qədər motivə edilməmiş şagirdin bu davranışları nümayiş etdirməsi normaldır.
      Motivasiyanın yaradılmasında təlim üsullarının rolu xüsusi əhəmiyyətə malikdir. Adətən, kurikulum sistemi ilə qurulan dərs modellərində motivasiya yaradılarkən,fəal təlim üsullarından istifadə olunur. Belə ki, bu iş üsullarından istifadə etməklə müəllim , bir növ mövzunun adını, həmçinin, demək istədiyi fikri şagirdlərin diqqətinə çatdırmaq üçün lövhədə mövzuya uyğun şəkildə fəal təlim üsullarından istənilən birinin şəklini çəkir və şagirdlərdən tələb olunan cavabı istəyir. Beləliklə də, motivasiya bu üsulların əsasında təşkil edilmiş olur.Layihə əsaslı tədrisdə təlim motivasiyası pedaqoji ədəbiyyatda aktuallığını saxlayaraq, xüsusi əhəmiyyət kəsb edir. Məhz burada tədris prosesinin əsasını təşkil edən fərd və cəmiyyət arasında qarşılıqlı əlaqənin spesifik tərəfləri üzə çıxır. Qeyd edildiyi kimi, motivasiyaların və dəyərlərin formalaşması şəxsiyyətin inkişafının tərkib hissəsidir. İnkişafın keçid və böhran dövrlərində yeni motivlər,dəyərlər, tələb və maraqlar üzə çıxaraq şəxsi keyfiyyətlərə təsir göstərir. İnformasiya texnologiyalarının inkişafı da təlim prosesində öyrənənlərin motivlərinin yüksəlməsinə öz töhfəsini verir. Öyrənənlərdə təlimə motivasiya probleminin həllində döğru istiqaməti seçmək üçün tədris prosesinin ümumi konteksində vacib müddəaları–təhsil fəaliyyəti ilə bağlı əsas şərtləri ayırmaq lazımdır. Təlimin motivasiyası müasir psixologiya, sosiologiya və pedaqoqika elminin mühüm problemlərindəndir. Təlimin motivasiyası prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə, məşğələdə fəallığın maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərə çarpan dərəcədə gücləndirir.
       Elə bir müasir dərs modeli olmasın ki, orada bu iş üsullarından istifadə edilməsin. Çünki bu təlim üsulları dərsdə şagirdlərin idrak marağını gücləndirir, onları yeni axtarışlara sövq edir. “Burada müəllimin istiqaməti ilə şagirdin sərbəst araşdırmaq, öyrənmək fəaliyyəti nəzərdə tutulur”.İnteraktiv metodlar anlayışının məzmununun ən üstün cəhəti – təlim fəaliyyəti zamanı şagirdlərin təfəkküründə real ziddiyyətlərin həll olunması zəmnində öyrənməyə real marağın meydana çıxmasıdır. Real ziddiyyətlərin doğurduğu hislər intellektual ehtiyatların səfərbər olunmasını təmin edir, öyrənmə fəaliyyətini stimullaşdırır, diqqəti uzun müddət bir şey üzərində saxlamağa ehtiyac yaradır.
     Fəal təlim üsulları üzərində öz dərsini quran hər bir müəllim əvvəlcədən bu problem ətrafında evdə xüsusi bir şəkildə hazırlaşmalı, şagirdlər qarşısında sinifdə
dərsini necə aparacağı barədə düşünməlidir.Tədris prosesinin motivasiyası yalnız öyrənənlərin bura hansı motiv və təlabatlarla cəlb edilməsi ilə deyil, eyni zamanda, emosional və rasional qiymətləndirilmə məqamları ilə müəyyən edilir. Öyrənənlərdə təlimə motivasiya probleminin həllində döğru istiqaməti seçmək üçün tədris prosesinin ümumi konteksində vacib müddəaları təhsil fəaliyyəti ilə bağlı əsas şərtləri ayırmaq lazımdır. Layihə əsaslı təlim prosesində müəllim fəaliyyət zamanı öyrənənin qabiliyyətlərinə(səriştə) deyil, cəhdlərinin(peşəkarlıq) qiymətləndirilməsinə vurgu edirsə, onun motivasiyasını yüksəltmiş olur.Sözügedən tədris metodu əməkdaşlıqsız mümkün deyil. Bəhs edilən tədris metodu problemin tədqiqat işi, yaradıcı fəaliyyət olaraq həllini nəzərdə tutur. Motivasiya öyrənmə, təlim prosesinin məhsuldarlığına,effektivliyinə müsbət təsir göstərən və öyrənmə fəaliyyətinin müvəffəqiyyətini müəyyən edən başlıca ünsürdür.
        Təlim prosesinin sistematikliyi üçün vacib olan şərtlərdən biri kimi qiymətləndirilən motivasiyanın olmaması təlim uğurlarının azalmasına səbəb ola bilər. Kifayət qədər geniş,ümumi anlayış olan motivasiyanı psixoloji fenomen adlandırmaq olar. Motivasiya həm də şagirdləri idraki fəaliyyətə, təhsilin məzmununun fəal mənimsənilməsinə sövq edən proseslərə, metodlara, vasitələrə verilən ümu addır İnteraktiv təlim prosesində motivasiya nə qədər yüksək olarsa, təlimin nəticələrinə bir o qədər asan yiyələnmək olar. Hər bir müəllimin, təhsil strukturunun qarşısındaduran əsas vəzifələrdən biri motivasiyanı və onun təlimdəki rolunu düzgün dəyərləndirmək, onu təhsilalanlarda yaratmaq və inkişaf etdirməkdən ibarətdir. Tədrisdə motivasiya təhsilalanın öyrənmə məqsədini və vəzifələrini onun üçün vacib olduğu kimi qəbul etməsində ifadə olunur. öyrənmə məqsədləri ilə birbaşa əlaqəli də ola bilər. Bu kateqoriyanın motivlərinə maraqdan məmnunluq, müəyyən biliklərə yiyələnmək kimi xüsusiyyətlər aid edilir. Motivasiya məktəbdə şagirdin təlim fəaliyyətində uğur qazanmağın açarıdır.Hər bir iş, uğurlu alınması üçün fəaliyyət göstərəndən yüksək enerji tələb edir. İşgüzar öyrənən nə qədər motivasiyalı olarsa, bir o qədər də təlimdə uğur qazana bilər. Məsələn, məktəbdə səriştə və peşəkarlığızəif olmayan bir təlim bələdçisinin yaratdığı pedaqoji mühitdə rüh yüksəkliyi haqqında danışmaq öyrənənləri ruhlandırır.Şagirdlərə müsbət enerji verən öyrədənlə qarşılıqlı ünsiyyət qurmaq, nailiyyət qazanmağın vacib şərtidir.Bu barədə düşünən, təcrübəli, səriştəli və peşəkar insanlartərəfindən yaranan motivasiyalı fikirlər üzrə verilən çoxsaylı şərhlər didaktik tələblərə cavab verir.Motivasiya məktəbdə şagirdin təlim fəaliyyətində uğur qazanmağın açarıdır.Hər bir iş, uğurlu alınması üçün fəaliyyətgöstərəndən yüksək enerji tələb edir. İşgüzar öyrənən nə qədər motivasiyalı olarsa, bir o qədər də təlimdə uğur qazana bilər. Məsələn, məktəbdə səriştə və peşəkarlığı zəif olmayan bir təlim bələdçisinin yaratdığı pedaqoji mühitdə rüh yüksəkliyi haqqında danışmaq öyrənənləri ruhlandırır.
      İbtidai təhsil pilləsində şagirdlərin pedaqoji prosesdə hamılıqla fəaliyyətə təhrik olunması yalnız motivasiyaya əsaslana fəal təlimin mexanizimlərini tətbiq etməklə mümkündür. Respublikamızın bütün ümumtəhsil məktəblərinin ibtidai təhsil pilləsində çalışan müəllimlərinin motivasiya ilə bağlı ehtiyac duyduğu ilkin amillər kimi yeni pedaqoji texnologiyaların mənimsənilməsi və tətbiqini qeyd etmək lazımdır. Bu baxımdan eramızdan əvvəl yaşamış müdrik şəxsiyyət Konfutsi (551-449)qeyd edir:“Mən nə edirəmsə, unuduram; nə görürəmsə, xatırlayıram;amma nə edirəmsə onu başa düşürəm.” Aparılan pedaqoji, psixoloji tədqiqatların nəticələri Konfutsinin dahiyana düşüncə sahibi olduğunu bir daha təsdiq etmişdir. Məlum olmuşdur ki, reallığı əks etdirmək məqsədilə mücərrəd rəmzlərdən (rəqəm və işarələr)istifadə olunarkən təhsildə yalnız 25% səmərə qazanılır.Həmin təsviri şəkillər vasitəsilə aydınlaşdırılması təhsilin səmərəsini 50%-ə qaldırır. Bu zaman şagirdlər “Şeylər” haqqında təsəvvürə yiyələnirlər.Əşya məsələn, kəsilib hissələrə bölünmüş tanqram vasitəsilə ifadə üsulu dərketmə səviyyəsini dahada yüksəldir.Bu cür yanaşma ilə tədris prosesində 75% səmərə əldə
olunur. Ənənəvi təlim metodlarına diqqət etsək görərik ki, müəllim pedaqoji prosesdə üstünlüyü mücərrəd rəmzlərdən istifadəyə və bəzən şəkillər üzrə əyaniliyin nümayişini həyata keçirir.
 Müəllim dərsdə düzgün motivasiya qoymaq üçün səriştəvə peşəkarlığını aşağıdakı amillər əsasında daim artırmalıdır:
-yeni pedoqoji texnalogiyalardan fəal-interaktik
-təlim mexanizimlərin, ibtidai siniflər üçün fənn kurikulumların,
-təhsilin əsaslarının, məzmunun , mahiyyəti və
-tətbiqi ilə əlaqədar nəzəri və praktiki biliklər qazanmaq;-
-müəllimin dərsdə idarəçilik fəaliyyətinə səmərəli köməklik
-edən metodik ədəbiyyatlara , nümunəvi dərslərin dinlənilməsinə,
-İKT-nin müasir imkanlarından faydalanmaq;
təhsildə yaranan innovasiyalardan irəli gələn əməli işlərlə müəllimlərin praktik tanışlığı;dərsi səciyyələndirən cəhətlərə uyğun olaraq təlim işinin planlaşdırılmasında müəllimin fəaliyyəti; müəllimin üzərinə düşən pedaqoji tələblərindərsdə öz əksini tapması.Motivasiya ilə bağlı olan interaktiv təlim prosesi elə təşkil olunmalıdır ki, şagirdlər biliyi tədqiqat yolu ilə əldə etsin. Bu təlim prosesində sinif (auditoriya) qrup vəcütlər formasında problemin həlli yollarına dair axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata keçirirlərruhiyyəsini canlandırmaq, həvəsləndirmək və dəstəkləmək.
    Motivasiyanın yaradılması və problemin qoyulmasınınsəmərəli yollarına aid geniş nümunələr vardır.Müəllim öyrəniləcək dərsin məzmunu ilə bağlı heç bir izahat, şərh aparmadan yalnız sual verməklə motivasiyayarada bilər. Məsələn: “Biz nəyi bilirik, nəyi bilmirik? Öyrəndiklərimiz bu məsələlər hansı biliklərin yaranmasınagətirib çıxarır”?, “Əldə etdiyimiz bu məlumatlar nəüçün daha çox sizi maraqlandırır?”, “Bu məsələ ilə bağlıdaha nələri öyrənmək istərdiniz?”;İki-üç və daha çox cavabın alınması mümkün olan açıqsuallar vasitəsi ilə motivasiyanm yaradılması. Məsələn
“Bu hadisə səndə hansı hisslər oyadır?”, “Öyrəndiyinməsələnin daha hansı variantları vardır?”, “Nə üçün belədüşünürsən?”, “Yoldaşının dediklərini daha hansı faktlarlatəsdiq edə bilirsən? ;Motivasiyada problemin həlli açar sözlərdən istifadə
etməklə də asanlaşır (məsələn: açar sözlər xüsusiyyəti, fərqi, forması üstünlüyü, növü, rolu və s);
Simvollarla motivasiyanm yaradılması. Bura daxildir:
əşya, təbiət mənzərəsi, model şəkil, bədii təsvir, sxem, plakat,mahnı, musiqi, tapmaca, bayatı, sual işarəsi və s.;Qeyd etmək lazımdır ki, müəllim simvollu materilları seçərkən onun cəlbedici, görkəmli, rəngarəng olmasındandaha çox bu materiallari şagirdlərdə necə idrakı fəallıq yaradacağına əhəmiyyət verməlidir.
Müasir dərsdə motivasiya yaradılması müəllimdən məqsədəuyğun hazırlıq tələb edir. Motivasiya zamanı olan yanlışlıqlarla müəllimlərin tanış olmaları son dərəcə
vacibdir. Motivasiya - özünü və başqalarını şəxsi və ya ictimai məqsədlərənail olunması üçün fəaliyyətə yönəltmə prosesidir. Motivasiyatəlim prosesində dərsin vacib komponenti kimi şagirdlərinidrak fəallığına təkan verən səbəbdir.
Qarabağ Regional Təhsil İdarəsi,Bərdə rayonu üzrə Təhsil Sektoru Ə.Dadaşov adına Xanağalı kənd orta məktəbində ,rayon içtimaiət,ziyalılar,məktəb rəhbərləri,təhsil işçilərinin iştirakı ilə “İbtidai təlimdə motivasiya” kitabının təqdimatı keçrilmişdir. Təqdimat iştirakçıları təlimdə motivasiya ilə əlaqədar zəruri mənbələr üzrə nəzəri və praktik məsələlərin təsbit olunması, müəllimlər üçün dəyərli vəsaitin üçün faydalı olduğuna görə müəlliflərə təşəkkür etmişlər.
   XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla yanaşı, innovasiyaların, yeni pedaqoji texnologiyaların tətbiqi təhsilin keyfiy¬yətini yüksəldən mühüm şərtlərdən hesab edilməlidir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Cəmiyyətin , Dövlətin Gücünün , Qüdrətinin ,Uğurunun Açarıdır Təhsil! Sağlam Cəmiyyətin, Güclü İqtisadiyyatın, Vətənin müdafiəsinin, Möhkəm Ailənin, Uğurlu Vətəndaşın formalaşdırılmasında Təhsilin rolu danılmazdır! Təhsilə qoyulan sərmayə Uğurun təməl daşıdır.


                                                 
Zülfiyyə Vəliyeva

Aərbaycan Dövlət Pedaqoji Universiteti  ETM-nin Elmi işçisi, 
Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi 
Layihəsi üzrə Milli məsləhətçi, Əməkdar müəllim. 
Akad. M.Mehdizadə mükafatı laureatı














2 0

Şərhlər

Oxşar xəbərlər