Xarici ölkədə dil öyrənmək istətəyənlərin nəzərinə-Bunları EDİN
28-06-2022, 08:35
547

Xarici ölkədə dil öyrənmək istətəyənlərin nəzərinə-Bunları EDİN

Hazırkı dövrdə gənclərin əksəriyyəti müxtəlif dillər öyrənmək, təhsil almaq üçün xarici ölkələrə üz tutur.

 

Bir dili daha yaxşı öyrənmək üçün ən əlverişli üsul ünsiyyətdir. Bu səbəblə gənclərin əksəriyyəti xarici dili o dilin öz vətənində öyrənməyə üstünlük verir.

 

TehsilForunu.Az  xarici ölkələrdə dil üzrə təhsil almaq istəyən gənclər üçün faydaları olacaq tövsiyə və məlumatları təqdim edir.

 

1.İlk olaraq Dil Məktəbi qurumları araşdırın, hansı qurum sizə yardım edə bilər?

 

Dil məktəbi qurumları, proqramda iştirak müddətində əməkdaşlıq etdikləri universitetlərlə sizin aranızda bir körpü rolunu oynayırlar.Eyni zamanda hansı addımı atmalı olduğunuzla bağlı sizə köməklik göstərirlər. Doğru dil məktəbini seçmək qeydiyyat prosesinin müntəzəm və sağlam inkişafı, tədris prosesinizin rahat keçməsi üçün vacibdir. Proqramda iştirak edən tələbələrin, təhsil göstəriciləri, tədrisdə nə qədər məhsuldar olmaları,təhsil müddətində yaranan problemlərin minimum olması kimi məsələlər onları dəyərləndirən şirkətlər tərəfindən diqqətlə incələnir. Dil məktəbi şirkətlərini araşdırarkən nəzərə almalı olduğunuz əsas meyarlar dürüstlük və düzgün qeydiyyat prosesi olmalıdır.

 

2.Dil təhsilinizi hansı ölkədə almaq istəyirsiniz? Bir xəritə üzərində getmək istədiyiniz ölkəni araşdıraraq qərar verin

 

 Öyrənmək istədiyimiz dili müəyyənləşdirdikdən sonra, dil məktəbi üçün hansı öləkədə, hansı qurumlara müraciət edə biləcəyinizə qərar verin. Dil məktəbinə müraciət meyarları, ölkənin yeri, iqlim şəraiti, yaşayış şəraiti və təhsil keyfiyyəti necədir? kimi əsas sualları müəyyənləşdirərək araşdırma apara bilərsiniz. Sonra araşdırma apardığınız Dil Məktəbi qurumu ilə danışıb və proqram haqqında tam məlumat əldə etməlisiniz. 

 

3.Dil təhsili almaq üçün bütün tələbləri yerinə yetirdiyinizə əmin olun
Dil məktəbinə gedərkən bəzi mərhələlərdən keçirsiniz və bu mərhələlərdə tələb olunan standartlara cavab verməlisiniz. Dil öyrənmək üçün təhsilinizi alacağınız məktəb sizə yad bir ölkədə yerləşdiyi üçün, məktəb və yaşayış xərcləri çox ola bilər. Hər şeydən əvvəl büdcə ilə bağlı problemimizin olmaması, prosesin və viza mərhələsinin sağlam irəliləməsi ilk şərtlərdən biridir.

 

4.Dil məktəbinə getməkdə məqsədiniz nədir?

 

 Dil məktəbinə gedən şagirdlərin əsas məqsədi həmişə dili öyrənmək olmalıdır. Başqa bir ölkəyə gedirsiniz və yaşayış şərtləri ilə ayaqlaşmalısınız. Sizə verilən müddətdən yaxşı istifadə edərək, dərslərə davamlı qatılaraq və sosiallaşaraq aldığınız təlimin təsirlərini maksimum dərəcədə artıra bilərsiniz. Buna görə getmədən əvvəl hədəflərinizi təyin etməlisiniz.

 

5.Təhsili hansı məktəbdə alacaqsınızsa, onu araşdırın

 

 Son olaraq, dil öyrənəcəyiniz məktəbi araşdırın. Həmin məktəbin təhsil sistemini öyrənin. Məktəbinizin ətrafında nə kimi fəaliyyətlərlə məşğul ola bilərsinizsə onu müəyyənləşdirin. Kiçik miqyaslı araşdırma edərək gedəcəyiniz mühitə daha tez uyğunlaşa bilərsiniz. Məktəb ətrafında nələr edə biləcəyiniz barədə aparacağınız araşdırma, dostlarınızla əyləncəli fəaliyyət göstərməyiniz üçün bir fikir yaradacaqdır
0 0

Şərhlər

Oxşar xəbərlər