Milli - Mənəvi Dəyərlərimiz ...
7-05-2024, 14:30
351

Milli - Mənəvi Dəyərlərimiz ...

"Vətənpərvərlik insanın daxilindəki duyğulardır".  Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
             Heydər Əliyev

Cəmiyyətdə dahilərın missiyası anlayışı var. Dünya tarixindən bəlli olduğu kimi, dahilər öz ideyaları və əməlləri ilə mənsub olduqları xalqları, ölkələri böhranlardan qurtarmış, onların yolundakı maneələri təmizləyərək inkişaflarına zəmin yaratmışlar. Bu günkü yüksək inkişafda liderlərin yeri və rolu danılmazdır. Azərbaycanda bu dahilik, liderlık missıyasını Heydər Əliyev yerinə yetirmişdir.
 Ölkə vətəndaşlarının xoşbəxt gələcəyinə nail olmaq üçün tarixi, mədəni, irsi, etnik köklərə söykənmək, təhsilalanların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi qayğısına qalmaq, tarixi keçmişimizi, dünənimizi, bugünümüzü öyrənmək lazımdır. Heydər Əliyevi nadir bir şəxsiyyət kimi səciyyələndirən əsas cəhətlərdən biri onun son dərəcə milli adət-ənənələrə bağlı, soykökün təəssübünü çəkən bir insan olması idi. O, işləmək enerjisini xalqa, Vətənə sədaqətdən alırdı, köklərə bağlı olduğu üçün möhkəm və əzəmətli idi. Təbii ki, xarakterindəki bu cəhətlər onun uzun illəri əhatə edən səmərəli dövlət fəaliyyətində də əks olunurdu. Daha dəqiq desək Heydər Əliyev milli təfəkkürlü bir ziyalı olaraq azərbaycançılığı xalqı ümumi məqsədlər uğrunda birləşdirəcək ən güclü ideologiya kimi qəbul edir və bu ideologiyanın cəmiyyətdə, hər bir fərdin düşüncəsində hakim yer tutması naminə yorulmadan çalışırdı. Bunun insanlarda, ələlxüsus da gənc nəslın nümayəndələrində vətənpərərlık hissinin artmasına göstərdiyi müqayisəyə gəlməz təsiri təsəvvürə gətirmək çətin deyildir. Milli ideologiya ilə "silahlanan" vətəndaş cəmiyyəti üçün ən faydalı vətəndaşdır - o, qırılmaz tellərlə xalqına bağlı olur, öz yerıni Vətən naminə çarpışmalarda görür.
Respublikada mənəvi mühitin sağlamlaşması elmin, mədəniyyətin tərəqqisi alt qatlarda insanlarda milli ruhun, milli özünüdərkin və özünə inamın yüksəlməsinə səbəb olur. Yeri gəlmişkən, soydaşlarımızın həmrəyliyi böyük öndərin azərbaycançılıq ideologıyasında mühüm yer tutur. Milli-mənəvi dəyərlər, ənənələr şəxsiyyətin formalaşmasında, insanlarda vətənpərvərlik hissinin güclənməsində mühüm rol onayan amillərdir. Buna görə də ümummilli lider Heydər Əliyev gənclər siyasətinin xalqımızın milli-mənəvi dəyərlərı ilə vəhdətdə qurulmasına nail olmağa çalışırdı. O, arzulayırdı ki, gənclər milli ruhda, millimənəvi dəyərlərimizin əsasında tərbiyələnsinlər, tariximizi, ənənələrimizi yaxşı bilsinlər. Böyük öndər dönə-dönə təkrar edırdı: "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz". Xalqımızın əsrlər boyu formalaşan zəngin mədəni irsi, nəcib mənəvi dəyərləri, gözəl adət-ənənələri, mənəvi istinad yerimiz olan müqəddəs dinimiz, təbiətin gözəlliklərini, elmin, texnikanın nailiyyətlərini dolğun şəkildə ifadə etməyə imkan vərən dilimiz vardır. Bütün bunların təbligi, dolğun şəkildə gənclərə aşılanması kifəyətdir ki, onlar püxtələşsinlər və qəlblərinə Vətənə, xalqa sadiqlik hissi hakim kəsilsin. Milli mənlik şüuruna yiyələnmək vətənpərvərliyin mühüm əlamətlərindəndir. Ona görə də milli mənlik şüurunun formalaşdırılmasına böyük əhəmiyyət verilir.
Milli mənlik dedikdə, hər bir millətin mövcudluğu, özünəməxsusluğu, milli özünütəsdiqi, milli özünüdərki, milli ləyaqəti nəzərdə tutulur. Şübhəsiz, ümumbəşəri dəyərlər də nəzərə alınmalıdır. Cəmiyyətimizin inkişafının müasir mərhələsində tələbələrin həyatda özlərinə layiqli yer tutmaları, vətənin müdafiəsinə həmişə hazır olmaları, həmçinin fəal vətəndaşlıq mövqeyi qazanmaları istiqamətində ümumtəhsil, ali və orta ixtisas məktəblərində məqsədyönlü, sistemli və planauyğun işlər görülür.
Hər bir uşaq, yeniyetmə və gənc milli ruhda tərbiyə almalı, zəngin tariximizə bələd olmalıdır. Hazırda təhsil müəssisəsinin, ailənin qarşısında dayanan ümdə vəzifələrdən ölkə vətəndaşlarına düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bu, bir həqiqətdir ki, qloballaşan dünyada sağlam millimənəvi dəyərləri mühafizə edib saxlamaq son dərəcə çətindir. Əsrimizin sürətli informasiya, yeni kommunikasiyalar dövrü olduğunu diqqət mərkəzinə gətirməli olsaq, əhalinin, gənclərin şüurunu zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı əlverişli metodlarla alınmalıdır. Xalqların hər birinin özünəməxsus milli dəyərləri, adət-ənənələri və səciyyəvi xüsusiyyətləri vardır. İllər, əsrlər ötdükcə həmin dəyərlər millətin yaddaşına köçür, mətinləşir. Bu mənada deyə bilərik ki, milli mənlik şüuru ölkəmizin varlığının, milli özünüidarə və özünütəsdiqinin, vətəndaşlarının milli şərəf və ləyaqətinin, milli və ümumbəşəri keyfiyyətlərin məcmusudur.
Bilirik ki, zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir.
TehsilForumu.Az - Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür.
Bu gün Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir.
H.Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir. Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür.
Unutmamalıyıq ki, xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır.
Fəal vətəndaşlıq mövqeyinə malik gənclərdə milli mənlik şüuru uğurla inkişaf edə bilər. Təhsilalanlarda davranış təcrübəsini, nəhayət milli mənlik şüurunu, milli şərəf və ləyaqət hisslərini, milli şüuru, milli təfəkkürü, mənəvi düşüncəni və mənəvi davranış təcrübəsini inkişaf etdirmək üçün həm ümumtəhsil, həm də ali və orta ixtisas məktəblərində təlim prosesinin, sinifdənxaric və auditoriyadankənar tədbirlərin zəngin imkanlarından faydalanmaq lazımdır.
Milli mənlik şüurunun inkişaf etdirilməsi üzrə iş əsasən aşağıdakı istiqamətləri əhatə etməlidir:
-dövlətçiliyimizə sədaqətin tərbiyə olunması;
-dövlət rəmzlərimizə hörmət və məhəbbətin aşılanması;
-azərbaycançılıq ənənələrinə sadiqlik;
-milliliyin ümumbəşəriliklə yanaşı aparılması. Mütərəqqi bəşəriideyalarından bəhrələnmək;
-fəal vətəndaşlıq mövqeyinin tərbiyə olunması;
-milli, türkçülük və islam dəyərlərindən faydalanmaq;
-özünün, ailəsinin, təhsil aldığı müəssisənin, iş yerinin şərəf və ləyaqətininmüdafiə olunması;
-öz Vətəninin uğurlarına, ölkənin maddi və mənəvi sərvətlərinə, tarixişəxsiyyətlərinə, görkəmli insanlarına görə milli iftixar hissinin tərbiyə olunması.
 Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.
       Heydər Əliyevin adı və xidmətləri azərbaycanlılarla yanaşı, dünyanın bir çox digər xalqları, ulu öndəri özunə müəllim bilən, onun iş təcrübəsindən, məsləhət və tövsiyyələrindən faydalanan bütün insanlar tərəfindən də hörmət və etiramla yad edilir. Azərbaycan xalqının öz müstəqilliyinin qorunması üçün apardığı mücalidənin uğuru Güclü Lider, Güclü Ordu, Güclü Xalqın birliyinin Vətənin azad və müstəqilliyinin təmin etməsinə dünya şahid oldu.Heydər Əliyev qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" . Heydər Əliyevin bu sözləri harada yaşamasından asılı olmayaraq hər bir həmvətənimizdə milli mənsubiyyətinə görə qürur hissi doğurur və onları birliyə səsləyir. Qələbələrl icərisində Ən böyük Qələbə! Qələbəmiz Sərvətimiz, Xalqımızın, Dövlətimizin Varlığıdı! Güclü Lider,Güclü
Ordu,Güclü Xalqın Birliyi Qürurvericidir! Qalib Azərbaycanın Vətəndaşı olmaq "Mən azərbaycanlıyam" kəlməsini söyləmək Qürurvericidir!
    VƏTƏNİ SEVMƏK AZDİR, SEVDİRƏ BİLMƏK GƏRƏK! VƏTƏNİN OLMAQ GƏRƏK!
Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.
                                                                Zülfiyyə Vəliyeva 
                                                                     ADPU ETM-nin elmi işçisi 
Respublikanın Əməkdar Müəllimi
0 0

Şərhlər

Oxşar xəbərlər