Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi barədə məlumat
8-05-2024, 14:03
284

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi barədə məlumat

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi barədə məlumat

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərildi. 

Sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədləri təqdim etməlisiniz:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
- əmək kitabçasının əsli.

ℹQeyd edək ki, sənəd yoxlanışı 14-15 may tarixlərində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq.

Nəzərinizə çatdırırıq ki, müəllimlər şəxsi səhifələrində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.


0 0

Şərhlər

Oxşar xəbərlər