Məktəbli formalarının satış məntəqələri açıqlanıb - SİYAHI
9-08-2023, 11:57
1 355

Məktəbli formalarının satış məntəqələri açıqlanıb - SİYAHI

Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

TehsilForumu.Az xəbər verir ki, valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər.

Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.

Valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir.

Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.

Eyni zamanda, məktəbli formalarının satış məntəqələri ilə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb, satış məntəqələrinin ünvanları qeyd olunub.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.Şəhər/RayonŞəhər/Rayon
ZərdabAzərbaycan küçəsi
AğcabədiN.Nərimanov küçəsi
AğcabədiNəriman Nərimanov küçəsi, 22
BərdəKoroğlu küçəsi
Bərdəİsmət Qayıbov küçəsi
AğdaşMüşfiq İsayev küçəsi
MingəçevirM.Maqomayev küçəsi
MingəçevirFüzuli küçəsi, 34
FüzuliBala Bəhmənli kəndi
AğdamMuğam Mərkəzinin yanı
YevlaxFüzuli pr, 57
YevlaxDilqəm Pişəvari küçəsi
BeyləqanSərdar İmzaliyev küçəsi. Mərkəzi bazar ilə üzbəüz
Sabirabad20 Yanvar küçəsi
İmişliQadir İsmayılzadə küçəsi
SaatlıHeydər Əliyev prospekti
SalyanTəbriz Xəlilbəyli küçəsi, mağaza 1
SalyanTəbriz Xəlilbəyli küçəsi, mağaza 2
BiləsuvarNizami küçəsi
Biləsuvar“Bazar Store” marketin yanı
NeftçalaKimyaçılar küçəsi
MərkəzSumqayıt şəh. 4-cü məh. Azərbaycan prospekti 13/20
MərkəzSülh küçəsi, 32-ci məhəllə
Mərkəz17-ci mkr, Məhəmməd Əsədov küçəsi
MərkəzSumqayıt şəh. 5-ci mkr, Cəlil Məmmədquluzadə küçəsi, bina 24/139
MehdiabadAbşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi
MehdiabadMehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 4
XırdalanXırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 118

XırdalanXırdalan şəhəri, Heydər Əliyev prospekti, 67
QobuQobu qəsəbəsi, 1 saylı məktəbin yanı
Ceyranbatan20 Yanvar küçəsi
MüşfiqabadMüşfiqabad qəsəbəsi
NovxanıAbşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsi
SarayAbşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsi
BinəqədiBinəqədi rayonu, Heydər Hüseynov, ev 23
BinəqədiBinəqədi rayonu, 7-ci mkr, ev 31, 23-cü məhəllə, keçid 1260
BiləcəriBinəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, avtovağzalın yanı
BinəqədiBinəqədi rayonu, ŞTQ Gülməmməd Ramazanov, ev 55/1
Rəsulzadə qəsəbəsiBinəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol 1
BinəƏli İsazadə küçəsi, ev 5
ŞabranŞabran şəhəri, avtovağzalın yanı
XudatXaçmaz rayonu, Xudat ş., H.Əliyev küçəsi, ev 13b
XaçmazOlimpiya Kompleksi, 20 Yanvar küçəsi
QusarQusar rayonu, Qusar şəhəri, E.Safixanov küçəsi, Olimpiya Kompleksi yolu
KürdəmirKürdəmir şəhəri, Babək küçəsi
QubaQuba şəhəri, H.Əliyev küçəsi
UcarUcar rayonu, Ucar şəhəri, Oğuz küçəsi, ev 104A
ŞəmkirŞəmkir-Qazax yolu, “Westgate” ticarət mərkəzi, 2 nömrəli mağaza
QazaxQazax rayonu, Səməd Vurğun küçəsi, döngə 6
TovuzMusa Musayev və Əhməd Cavad küçələrinin kəsişməsi
GədəbəyGədəbəy rayonu, H.Əliyev prospekti, 2A 
GöyçayGöyçay şəhəri
MasazırMasazır qəsəbəsi
BakıSabunçu rayonu, Bakıxanov qəs, Mehmandarov küçəsi, 169
BakıYasamal rayonu, Qələbə dairəsi
BakıNəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının çıxışı (5-ci sıra)
BakıƏhmədli qəsəbəsi, Sarayevo küç, 17
BakıXəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin parkının yanı
BakıQaradağ rayonu, Yeni Sahil qəsəbəsi, 41C
BakıXətai rayonu, Fəhlə prospekti, “Amay” ticarət mərkəzi
BakıNizami rayonu, Q.Qarayev prospekti, bina 51/57
AstaraAstara şəhəri, Heydər Əliyev pr., ev 211A
CəlilabadCəlilabad şəhəri, Heydər Əliyev pr., 167A

LənkəranLənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, 9
QəbələQəbələ şəhəri, Həzi Aslanov küçəsi, 15A
İsmayıllıİsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 30
NeftçalaNeftçala şəhəri, 20 Yanvar küçəsi 17 A 
BalakənHeydər Əliyev prospekti, 54
QaxHeydər Əliyev prospekti
AğsuAğsu ş.,Vidadi küç. (bazarın qarşısı)
BakıBakı, Nərimanov rayonu, Təbriz küçəsi, 98
BakıBakı, Nizami rayonu, Qara Qarayev küçəsi, 29
BakıBakı, Xətai r-nu, Sarayevo küçəsi,18 ab
Bakı4-cü mikrorayon
GəncəGəncə, Kəpəz r-nu, Şah İsmayıl Xətai küçəsi, 211
GəncəKəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi
1 0

Şərhlər

Oxşar xəbərlər