Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır......
14-04-2024, 11:50
272

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır......

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. 
         Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin etmişdir.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır. Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmadan , vaxtında görülmüş tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabilliyə təmin edilmiş və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olmuşdur.Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün 
və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin 
sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcəkdir.Təhsildə keyfiyyətin artırılması həmişə aktual olan məsələdir. Bununla bağlı müntəzəm olaraq peşəkar və strateji yanaşmalardan irəli gələn tədbirlər görülür. Həftə ərzində bir neçə dəfə səhər tezdən işə gələrkən yolumu paytaxtın ümumi təhsil müəssisələrindən salmağım problemi yerində görmək və həllinə yönlənməkdir. Öncədən planlaşdırılmayan bu səfərlərimin məqsədi məhz məktəblərdəki mühitlə tanışlıq, məktəbin tədris şəraitinin, ordakı ab-havanın, mövcud durumun izlənməsidir. Bu ziyarətlərimdə məktəb rəhbərliyi, müəllim və şagirdləri maraqlandıran mövzular ətrafında söhbətlərimiz olur, tətbiq olunan yeniliklər, qarşıdakı planlarla bağlı fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, kollektivin fikirlərini dinləmək, problemlərlə yerində tanış olmaq tədrisin keyfiyyətini yaxşılaşdırmaq, məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılması istiqamətində həll yollarını müəyyənləşdirmək baxımından da olduqca əhəmiyyətlidir. Onu da bildirim ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmayan səfərləri, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələr maraqla qarşılanır.Daha çox müşahidə xarakteri daşıyan bu monitorinqlər zamanı ortaya çıxan bəzi nüansları qeyd etmək istərdim. Məktəbə getməmişdən öncə səfərimin məqsədini müəyyənləşdirirəm ki, getdiyim məktəbdə nələrə diqqət edəcəyəm. Diqqətimdə olan əsas üç məsələ var ki, onlardan birincisi məktəbin səliqə-sahmanı, ikincisi, oradakı psixoloji mühit, üçüncüsü isə tədris prosesinin təşkili məsələsidir.
Məktəbə daxil olanda diqqət etməyə çalışıram ki, qarşılaşdığım şagirdlər tanımadığı şəxsə salam verəcəkmi? Təhsil ocağı şagirdlərdə salamlaşmaq, qonağı qarşılamaq mədəniyyətini formalaşdıra bilibmi? Müşahidələrimə əsasən deyə bilərəm ki, məktəbə daxil olarkən onun astanasından səliqə-sahmanı, həmçinin, dəhlizdə gəzərkən müəllim və şagirdlərin bir-birinə münasibəti, sinfə girərkən şagirdlərin üzündəki ifadə məktəbdəki mühitdən xəbər verir. O ifadə özü bəlli edir ki, sinifdə öyrənmə mühiti var, yoxsa yox? Uşaqlar özlərini məktəbdə xoşbəxt hiss edə bilirmi? Qeyd etdiyim bu nüansları məktəblərdə müşahidə edə biliriksə, deməli, normal təhsil mühiti formalaşdırılıb və keyfiyyətli tədrisin uğurlu nəticələrini də görə biləcəyik. Təhsilin keyfiyyətinə təsir edən amillər çoxdur. Çox məsələlər isə 45 dəqiqəlik dərslərdə formalaşır. Dərsin keyfiyyətinin yüksəldilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir.Keyfiyyətli təhsil yalnız bilik və bacarıqların, səriştələrin deyil, həm də dəyərlərin formalaşdırılmasıdır. Elə dəyərlər var ki, onlar ölçüləbilən deyil. Vətənpərvərlik, Vətən sevgisi kimi. Bu dəyəri formalaşdıran, özülünü qoyan isə ailə ilə bərabər məktəbdir. Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Şanlı Zəfərimiz göstərdi ki, təhsil ocaqlarımız vətənpərvər gənclər tərbiyə edə bilib. Ola bilsin ki, bir zamanlar tarix dərsindən müvəffəqiyyət göstəricisi o qədər də yüksək olmayan bir şagird döyüş meydanında əsgər kimi şücaəti, torpağı üçün canını qurban verməsi ilə Vətən sevgisinin dəyər olaraq nə qədər yüksəkdə dayandığını göstərdi, ən şərəfli tarix yazdı. 

Məktəblərə səfərlərim zamanı valideynlərlə də görüşür, müzakirələr aparıram. Çünki müəllim, şagird kimi valideynlər də təhsil iştirakçısıdır, onların da məsuliyyət yükü var. Müəllimin vəzifələri ilə yanaşı, valideyn də övladının mənəvi yetkinliyinə cavabdehdir. Onlar da öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakı mühüm şərtdir. Əgər bu əməkdaşlıq olarsa, şagirdlərin təlim-tərbiyəsində səmərəlilik artar, tədris nəticələri yüksələr, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühiti yaranar. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür. Səfərlərim zamanı da məktəb rəhbərlərinə bildirirəm ki, valideynlərin məktəblərə cəlb olunması, əməkdaşlıq platformasının genişləndirilməsi üçün məzmunlu layihələri genişləndirsinlər.Həqiqətən də, valideynlərin etimadını qazanmaq bizim üçün çox vacib amildir. Çünki təhsildə keyfiyyətə gedən yol məhz əlverişli tədris mühiti, qarşılıqlı etimad və inama əsaslanır. Arzuolunan nəticənin əldə olunması üçün şagird, müəllim və valideyn üçbucağının birgə səyləri olduqca əhəmiyyətlidir."Təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər çox artacaq".

Nigar Əli qızı Məmmədova Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər