Şagirdlər üçün ev tapşırıqlarının faydaları
25-03-2024, 09:00
339

Şagirdlər üçün ev tapşırıqlarının faydaları

TehsilForumu.Az- Uşaqları ev tapşırığı ilə məşğul etmək ailələrin ən vacib problemlərindən biridir. Mütəxəssislər, uşağa ev tapşırığının verilməsini və ev tapşırığını yerinə yetirmək məcburiyyətində qalmaq əvəzinə, ev tapşırığı vaxtının birlikdə planlaşdırılmasını tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, uşağa ev tapşırığının öyrənmənin möhkəmləndirici mərhələsi olduğunu izah etmək lazımdır.
Ev tapşırığını yerinə yetirmək öyrənilən biliklərin davamlılığını təmin etməkdir.Araşdırmaya nəzər salsaq , Şagirdlərə müstəqil çalışmaq bacarığını aşılamaq olduqca geniş və çoxcəhətli məsələdir – buraya şagirdin ümumi zehni inkişafı, müşahidə, müqayisə, təhlil və tərtib etmək, nəticə çıxarmaq, öz biliyini tətbiq etmək, məsələ və misalları həll etmək, inşa yazmaq, nağıl və əzbər öyrənmək, yaddasaxlamanın səmərəli yollarından, kitabdan istifadə etmək və s. məsələlər daxildir. Biz bu məqalədə yalnız dərs öyrənməyin səmərəli yollarını öyrətməklə əlaqədar olan məsələlər sahəsində metodik göstərişlər verməyi nəzərdə tuturuq.Hər bir müəllim ev tapşırığı verən zaman şagirdlərə dərslikdə nə kimi çətinliklərə rast gələ biləcəklərini və həmin çətinlikləri hansı yollarla aradan qaldırmaq mümkün olduğunu qabaqcadan öyrətməlidir. Məsələn, müəllim mətndə təsadüf ediləcək çətin sözləri haradan öyrənmək mümkün olduğunu göstərməli, bu və ya başqa fikri yaxşı başa düşmək üçün keçmiş paraqraflardan hansılarını nəzərdən keçirmək lazım gəldiyini, həmin səhifədəki çizgi və sxemi necə oxumaq, çəkilən şəkildə nələrə diqqət yetirmək lazım olduğunu qabaqcadan şagirdlərə söyləməlidir ki, onlar sonradan bu çətinliklər qarşısında aciz qalmasınlar.
Eləcə də tətil tapşırıqları veriləndə şagird hər hansı sualı anlamayanda onu qeyd edib müəllimdən ətraflı formada öyrənə bilər. Ola bilər sual səhvdir və s. Şagidlər üçün tapşırıqların verilməsi faydalıdır . Bir sözlə şagirdlərin boş vaxtları çox olanda onlar meyillərini digər oyunlara sərf edirlər 


0 0

Şərhlər

Oxşar xəbərlər