“Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev olmuşdur” mövzusunda tədbir keçirildi.
7-03-2024, 14:25
298

“Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev olmuşdur” mövzusunda tədbir keçirildi.

7 mart 2024-cü il tarixdə YAP Quba rayon təşkilatında “Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev olmuşdur” mövzusunda tədbir keçirildi. 
  Tədirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
  Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova Şəhid analarını, həyat yoldaşlarını və rayonumuzun bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb. Bildirib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 44 günlük Zəfər müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
   Fidan xanım qeyd etdi ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Azərbaycanda qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur.
  Sədr bildirdi ki,bu gün bu siyasəti ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin ictima-siyasi həyatında qadınların əməyinə çox böyük diqqət yetirir, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması üçün zəruri tədbirlər görülür. 
  Quba rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Səidə xanım Abasova, ADPU-nin müəllimi Elza xanım Orucova, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım Abduləlimova, Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə xanım Niftəliyeva çıxış edərək şəhid analarını, rayonumuzun qadınlarını əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdilər, onların cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açdılar. 
  Sonda Şəhid analarına,7 fevral 2024-cü il tarixdə rayonumuzda keçirilən Prezident seçkilərində fallıq göstərən xanımlara hədiyyələr, fəxri fərmanlar təqdim olunub və xatirə şəkli çəkilib.
  Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
0 0

Şərhlər

Oxşar xəbərlər