Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
23-12-2022, 22:10
713

Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

TehsilForumu.Az - 23 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə Zərqova, Kələnov  kənd ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları, Zərqova və Kələmov kənd ərazi partiya təşkilatının üzvləri, fəallar və gənclər iştirak edirdi.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və bütün Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının, o cümlədən partiyanın Quba rayon təşkilatının yaranmasından, partiyanın 30 ildə keçdiyi uğurlu inkişaf yolundan danışdı. O, həm də qeyd etdi ki, 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günüdür. Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri adından Cənab Prezidentimizi səmimi qəlbdən təbrik edir, ona can sağlığı və ölkəmizin rifahı naminə görülən fəaliyyətində uğurlar arzulayırıq!

Hörmətli tədbir iştirakçıları,
 Nəzərinizə çatdırırıq ki, qarşıdan gələn 2023-cü il “Heydər Əliyev” ilidir. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkilatımız tərəfindən gənclərlə sil-silə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2003-cü ildən dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan Cənab İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Cənab Prezident çox qısa bir zamanda bütün dünyada böyük hörmət və nüfuz qazandı. İlham Əliyevin xarici və daxili siyasəti, həyata keçirdiyi bütün islahatlar, gördüyü böyük quruculuq və abadlıq işləri onun yaradıcı, yenilikçi prezident olmasının parlaq təzahürləridir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Perezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir və Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirmişdir.
   

Çıxış edən partiya üzvü, qocaman müəllim Fuad Hacıbabayev bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyasının ümumixalq partiyasına çevrildiyini vurğulamış, partiyanın fəaliyyəti və həyata keçirdiyi uğurlu siyasətdən bəhs etmişdir. 
Qeyd etmişdir ki, Prezident İlham Əliyevin son 19 ildə ötən hər günü Azərbaycanın uğurlu gələcəyini təmin etmişdir. 
   Çıxış edən Kələnov kənd ərazi partiya təşkilatının sədri Fərman Tahirov Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, ölkə prezidenti, Partiyanın sədri Cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığnı qeyd etmişdir. 

Tədbirin sonunda Sədr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və qarşıdan gələn “Yeni – 2023-cü il” münasibətilə iştirakçıları təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
0 0

Şərhlər

Oxşar xəbərlər