YAP Quba rayon təşkilatında 8 noyabr- Zəfər günü ilə əlaqədar “Şanlı Zəfərimiz Ulu Öndər Heydər Əliyev vəsiyyətinin təntənəsidir” mövzusunda görüş keçirildi.
6-11-2023, 17:28
339

YAP Quba rayon təşkilatında 8 noyabr- Zəfər günü ilə əlaqədar “Şanlı Zəfərimiz Ulu Öndər Heydər Əliyev vəsiyyətinin təntənəsidir” mövzusunda görüş keçirildi.

TehsilForumu.Az xəbər verir ki, 6 noyabr 2023 -cü il tarixdə YAP Quba rayon təşkilatında 8 noyabr- Zəfər günü ilə əlaqədar “Şanlı Zəfərimiz Ulu Öndər Heydər Əliyev vəsiyyətinin təntənəsidir” mövzusunda görüş keçirildi.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, təşkilatın əməkdaşları, “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyin Quba rayon filialının sədri Ramin Yunusov, QMƏVVŞA İB-nin sədri Yusif Nöhbalayev, Şəhid Ailələri Qayğı cəmiyyətinin sədri Zaur Gülməmmədov, Şəhid valideyinləri, qazilər,məktəblilər iştirak edirdi.
  YAP Quba rayon təşkilatının sədri Fidan xanım çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm - iradə nümayiş etdirib və bir yumruq kimi birləşərək böyük Zəfər əldə edib. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanaraq belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkür bildirilmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır. Fidan xanım qeyd etmişdir ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.
 Şəhid ailələ üzvləri və qazilər çıxışlarında qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərin intiqamını aldı.
Görüşdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, vətənpərvərlik mövzusunda söhbət aparılıb.

Görüşün sonunda partiya sıralarına yeni üzv olmuş şəhid valideyinlərinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər