Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi tərəfindən zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimin ikinci mərhələsi baş tutmuşdur. Təlimlər regional bölmənin inzibati binasında keçirilmişdir.
29-01-2023, 18:11
365

Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi tərəfindən zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimin ikinci mərhələsi baş tutmuşdur. Təlimlər regional bölmənin inzibati binasında keçirilmişdir.

TehsilForumu.Az xəbər verir ki, Yanvarın 28-də və 29-da Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi tərəfindən zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimin ikinci mərhələsi baş tutmuşdur. Təlimlər regional bölmənin inzibati binasında keçirilmişdir.
 
Təlimlərə müsahibə mərhələsindən, psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün keçirilən test imtahanlarından uğurlu nəticə əldə edən və birincisi mərhələdə " Səmərəli ünsiyyət vasitələri" təlimində iştirak etmiş 40 namizəd cəlb olunmuşdur.


Təlimçi Qafil Dəmirov tərəfindən aparılan seminarlarda Dövlət İmtahan Mərkəzi haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilmiş və diskussiya aparılmışdır.
Təlimlərin hər iki mərhələsindən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər.
0 0

Şərhlər

Oxşar xəbərlər