26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.
26-05-2022, 22:18
580

26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

26 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.
    
 Təşkilatın akt zalında keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Ümummilli Lider Heydər Əliyevin və bütün Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
     
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. 

Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Müstəqillik Günü olaraq təntənə ilə qeyd edir.


Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Ümummilli Liderin bu siyasətini Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. 


Tədbirdə çıxış edən partiya fəalları Mehman İbrahimov, Elza Orucova,Laçın Səfərəliyev , Quba rayon Mərkəzi Kitabxananın direktoru Saməddin Nəsirov vurğulayıblar ki, 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirdi. Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. 

Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın müstəqilliyi məhv olmaq təhlükəsindən qurtuldu. Ulu öndərin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı.


Çıxış edən 5 saylı Mətbuat Yayım idarəsinin rəisi Ramiz Qusarçaylı qeyd etdi ki,bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.


Sonra Ramiz Qusarçaylı özünün yazdığı Azərbaycan Bayrağı şerini söylədi.

Çıxış edən Qaraçay ərazi partiya təşkilatının sədri Bariz Allahveydiyev müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini bildirdi. 
   
 Sonda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik etdi, fəaliyyətlərində uğurlar dilədi.



0 0

Şərhlər

Oxşar xəbərlər