2022-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdi
18-03-2022, 08:52
414

2022-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdi

TehsilForumu.Az xəbər verir ki, 2022-ci il tarixdə Quba rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Tədbirdə Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  

 Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiysının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir və qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. 


Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və Müzəffər, rəşadətli Azərbaycan Ordusnun yüksək qəhrəmanlığı sayəsində Böyük Zəfər qazanıldı. İndi həmin ərazilərimizdə quruculuq və abadlıq işləri aparılır. Bu şərəfli missiyanın həyata keçirilməsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri, bütün qubalılar Möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, onun apardığı siyasəti dəstəkləyərək hər zaman olduğu kimi onun yanındayıq. Xalqımız bilir ki, Azərbaycanda hər il aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, həyata keçirilən sosial proqramların artması Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin apardığı siyasətin nəticəsidir və yalniz bu siyasət ölkəmizi daha da inkişaf etdirə bilər və inkişaf etdirir. Azərbaycan müasirləşir, güclənir, çox zəngin və qüdrətli dövlətə çevrilir.
  


  Sonra YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. Daha sonra Sədr gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Bildirdi ki, gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsidir. Hesabat məruzəsinin dinlənilməsi üçün söz Quba rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri Rəsul Bayramova verildi. O, ərazi partiya təşkilatının VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabat verdi.
   


   YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova II məsələ ilə əlaqədar Quba rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatına sədr vəzifəsinə  Bayramov Rəsul Rüstəm oğlunu, sədr müavini vəzifəsinə Şirinov Asəf Xalidşah oğlunu təklif etdi. Təklif səsvermə yolu ilə yekdilliklə qəbul edildi. YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.

0 0

Şərhlər

Oxşar xəbərlər